Monthly Archives: Ağustos 2021

Aşura – Azərilərin qədim İsna Aşəriyə dininin mərasimidir

Aşura mərasimi – Azər oğullarının 5500 yaşlı, dünyanın ən qədim İsna Aşəriyə dinin mərasimidir. Batıni mənada İsna Aşəriyə – Azərin On iki imamının dini deməkdir. Qədim Misir yazılarında bu On iki imam – “Asarın (Osiris) On iki Böyük Allahları” kimi keçir. Buradakı İsna rəmzi – Süni (Sina), yəni Sünik göylərində İnaq (inok) bəglərinin tikdiyi  səhradır və ərəb mənbələrində bu səhra – Kərbəla çölü də adlanır. Batini mənada Kərbəla rəmzi Kor-Baal rəmzidir ki, bu da Kor Balaat, yəni Qor vilayəti deməkdir (Məqalə: “Batinilikdə Kərbəla və Hüseyn rəmzləri nə deməkdir”, sayt: https://gilarbeg.wordpress.com/2021/08/12/batinilikd%c9%99-k%c9%99rb%c9%99la-v%c9%99-huseyn-r%c9%99mzl%c9%99ri-n%c9%99-dem%c9%99kdir/). Qor vilayəti dedikdə isə, qədim Misir mənbələrində Qor yolu ilə gedən Asar/Osiris/Azər Allahlar nəslinin Sünik göylərində yaratdıqları ruhlar dünyası nəzərdə tutulmalıdır.

Qor Allahları nəsli bizlərə Azərbaycanın Qacar şahları nəsli kimi tanışdır ki, onların əcdadları Gelat/Xelat göylərində Xüld cənnəti yaratmış və orada ölümsüzlük qazanmışlar. Tövratda Gelat – Midiya ismaililərin vətəni kimi keçir ki, Allah bu eli “Mənim Geladım” adlandırır. Başqa sözlə, Gelat/Xelat – Allahın mülküdür. Mənbələrə görə, II Nəsir əd-din Məhəmməd Sökmən, Xelatı və digər çoxlu şəhərləri aldıqdan və “On iki şəhər”ə yiyələndikdən sonra özünü Şahi-Ərmən adlandırdı. Xelat isə – Azərbaycan Atabəglər Ailəsinin malikanəsinə çevrildi (Məqalə: “Aşura – Azərbaycan Atabəglər şahlığının məhvinin mərasimidir”, sayt: https://gilarbeg.wordpress.com/2021/08/11/asura-az%c9%99rbaycan-atab%c9%99gl%c9%99r-sahliginin-m%c9%99hvinin-m%c9%99rasimidir/). Burada “On iki şəhər” rəmzi də Allahın göydə yaratdığı ruhlar dünyası mənasındadır ki, Əflatuna görə, göydəki bu ruhlar dünyası, yuxarıdan baxanda – 12 hissəli dəridən tikilmiş və müxtəlif rənglərlə işlənmiş alabəzək top kimi görünür. Şahi-Ərmən (R-MN) rəmzi isə Ra-Amon Allah deməkdir ki, məhz o Xelat göylərində Xüld cənnəti yaratmışdır və bu haqda biz – “Azər Allahı, Onun müqəddəs Dili, Dini və Eli” adlı məqalədə geniş izah vermişik (sayt: https://gilarbeg.wordpress.com/2021/08/19/az%c9%99r-allahi-onun-muq%c9%99dd%c9%99s-dili-dini-v%c9%99-eli/).
Qədim Misir yazılarına görə, axirətə yaxın Azər, yəni Asar/Osiris Allahı, qardaşı Set tərəfindən öldürülür və axirətdə oğlu Qor tərəfindən yenidən dirilir.

5500 il müddətində Azərin ölümü, onun xalqı tərəfindən xüsusi matəm mərasimi ilə qeyd olunurdu. Bu gün bizim Aşura adlandırdığımız mərasim də məhz Azərin ölümü ilə bağlı keçirilən mərasimdir (Məqalə: “Aşura haqqında əsl həqiqətlər”, sayt: http://gilarbek.blogspot.com/2015/10/asura-haqqnda-sl-hqiqtlr.html?m=1).

Firudin Gilar Bəg

Categories: Uncategorized | Yorum bırakın

Azər Allahı, Onun müqəddəs Dili, Dini və Eli

Azərbaycanımız haqqında bu dərinlikdə məqalə yazmaq istəmirdim. Çünki, cəhalət qaranlığına öz zəkası ilə nur saçmalı olan bu günkü Azərbaycan ziyalısının çoxu, nur saçmaq əvəzinə özlərini korluğa vurmuş təsadüfi insanlardır. FB-da dostluğumda olan bir neçə nəfər ziyalıdan başqa mən bu məmləkətdə əsl Azər oğullarına rast gəlmədim. Əsl Azər oğlu deyəndə mən – elimizin Haqqla, imanla yaşayan nümayəndələrini, yəni Əhli-Həqqləri nəzərdə tuturam. Belə əsilzadələrin azlığı o deməkdir ki, yazdıqlarımın anlaşılması sual altındadır. Bu vəziyyətdə isə Allahla bağlı olan sirlərin açılması da mənasızdır. Lakin mətbuatda, hardan gəlib hara getdiyini bilməyən, dərindən düşünmə qabiliyyəti olmayan, məntiqsiz cahillərin müqəddəs dinimizə dil uzatmasını görüb, bu məqaləni yazmaq qərarına gəldim. Baxmayaraq ki, bu haqda məqalələr yazmışam. Bu məqaləni də yazdım ki, vətənimizi, dinimizi, mədəniyyətimizi, qədim adət-ənənəmizin dərin mənalarını anlamadan sevən iman adamları, Azər Allahı ilə bağlı sirlərə daha dərindən bələd olsunlar və Allahın “ipinə” daha bərk sarılsınlar.                                                                                                                        Firudin Gilar Bəg “Azərbaycan” adlı məmləkətimizin adı ən qədim mənbələrdə Azir, Asar, Assur, Aşşur və s. şahlığı kimi yazılır və mən bu haqda kitab və məqalələrimdə geniş məlumatlar vermişəm (1). Qədim Misir mənbələrinə görə, Aziru şahlığı – mar, amoreylər ölkəsi olan Kodeşdir (2). Ziqmund Freyd, “Bu insan Musadır” adlı kitabında Musa peyğəmbəri “Kadeş kahinlərinin əcdadı” kimi təqdim edir ki, məhşur alim Devid Rol da, Musa peyğəmbərin tayfası olan madiamlıları – midiyalı adlandırır. Başqa sözlə, Aziru/Azər/Asar şahlığı – Musa peyğəmbərin Midiya xalqı və Kodeş ölkəsi ilə bağlıdır. Deməli, biz Azəri şahlığı ilə bağlı daha dəqiq məlumat almaq üçün midiyalı Musa peyğəmbərin Tövrat (Torah) kitabına müraciət etməliyik. Bunu üçün isə ilk növbədə, yalnız samitlərlə yazılmış Tövratın dilini araşdırmalıyıq.Yəhudi mənbələrinə görə, Tövrat – “laşon akodeş” adlanan “müqəddəs dil”də yazılmışdır. Sufizmdə müqəddəs  “lisani kodeş” (laşon akodeş) dili – Kodeş ölkəsinin, yəni Aziru/Azəri şahlığının dili deməkdir. Belə çıxır ki, Tövrat – Azəri şahlığının Midiya marlarının müqəddəs dilində yazılmışdır. Yəhudi müdriklərindən olan Mar Zutra (Mar Ukva) bildirir ki, Tövrat əvvəl müqəddəs dildə verilsə də, Ezranın dövründə, Aşuri əlifbası ilə aramey dilində qeyd olundu. Sonda İsrail, Aşuri yazısını özünə yazı sistemi kimi qəbul etdi. Yazı ona görə Aşuri adlandı ki, yəhudilər onu Assuriyadan “qalxanda” özləri ilə gətirdilər. Başqa sözlə, Tövrat – qədim Assur/Aşuri yazısı ilə, yəni Azəri əlifbası ilə aramey dilində yazılmışdır.Aramey dili mənbələrdə “tarqum” dili də adlanır və xaldeylərin dili hesab olunur. Araşdırıcılara görə bu dil, 70 dildə yazılmış mətnlərə təfsir, şərh, daha doğrusu təvil verən xüsusi dildir. Onun mənası – mistik fikirlər, ideyalarla bağlı batini mənadır ki, Tövrat bu dilə xüsusi hörmət göstərir (3). Yəhudi yazılarına görə, Allah “dünyanı” yaradarkən bu kitaba baxırmış. Babil qülləsi tikildikdən sonra Allah, insanlar bu qüllənin sirlərini bilməsinlər deyə, vahid dili 70 dilə böldü. Deməli, Kodeş dili – Şərqdən gələn və bir dildə danışan ilk varlıqların dilidir. Mənbələrə görə, bu vahid dil – Babil qülləsi tikilənədək ilk insanların dili olmuşdur və “quş dili” adlanmışdır (4). Anri Korbenə görə bu dil – mahiyyətin və təmiz varlığın dilidir, məhz bu dil vasitəsi ilə daxili və ruhi varlıqlar, digər daxili və ruhi varlığa, öz varlığının keyfiyyəti haqqında informasiya verir. Başqa sözlə, Korbenə görə də vahid dil, bütün varlıqların təşkil olunduğu ilkin materiyanın “dilidir”. Bu “dili” isə təbii halda peyğəmbərlər qəbul edə bilir (5). Bu o deməkdir ki, Şərqdən gələn və bir dildə danışan ilk varlıqların vahid dili – ilkin materiyanın “dili”dir. Tövratda vahid dil – “safa əhət” kimi səslənir ki, bu da vahid dilin elə safa, yəni sufi (sofi) dili olması deməkdir. Başqa sözlə, biz Azər rəmzi ilə bağlı sirləri açmaq üçün “quş dili”nin qanunlarına, yəni rəmzlər dilinə müraciət etməliyik.Qədim mətnləri araşdıran tanınmış alim A. Oppenheym, özünün “Древняя Месопотамия” kitabında yazır ki, “məktubdakı bütün ifadələr demək olar emosiyalarla doludur: onlar bəzən elə mövzuya toxunurlar ki, bizim üçün qaranlıqdır, oradakı işarələr isə yalnız öz ünvanı üçün aydındır… Onların terminləri arasında həddən ziyadə sirli xüsusi deyimlər mövcuddur” (6). Bu o deməkdir ki, qədim yazılar – rəmzlər dilini başa düşən sufilər üçün yazılmışdır və yalnız onlar “quş dili”ndə yazılmış rəmzlərin izahını anlayırlar.Sufizmdə “quş dili”, rəmzi mənada qəbul olunur və sufi pirinin ekstatik durumda getdiyi tərikə yolu mənasında qamlıq, şamanlıq məqamıdır. Aramey (mar, amorey) dilinin mənbələrdə “tarqum” (TRQ-M) adlanması da onu deməyə əsas verir ki, Tövrat kitabı – sufizmin tərikə yolunu keçən türklərin (TRK) kitabıdır. Tarqum dilinin rəmzlər dili olması, onun, sufinin keçdiyi tərikə yolunun – ekstazın, şamanlığın “dili” olması deməkdir ki, bu zaman insan ruhu ilkin materiyaya qovuşur və ondan informasiya almağa başlayır. Tövrat kitabının öz adı olan “Torah” (TRH) rəmzi də, tarqum (TRQ-M) rəmzi kimi, sufizmin “tərikə” (TRK) və türk (TRK) rəmzləri ilə eyni mənalıdır. Başqa sözlə, tarqum dili – sufizmin tərikə yolunu gedən türkün rəmzlər dilidir. Bu kitabın Assur/Aşuri şrifti ilə yazılması da, onun Asar/Assur/Aşuri, yəni Azəri türklərinin müqəddəs kitabı olması deməkdir.Digər tərəfdən, aramey, yəni tarqum dili mənbələrdə xaldeylərin (kəldani) dili hesab olunur. Herodot xaldeyləri Assuriya ordusundakı taqım kimi göstərir. Əhdi-Ətiqdə İsaya (Yeşay) peyğəmbər bu haqda yazır: “Bu Xaldeya torpağıdır. Bu xalq əvvəl yox idi; səhra əhlindən olan Assur ona başlanğıc verdi. Onlar öz qüllələrini yaradır, təntənəli imarətlərini dağıdaraq, onu xarabalığa çevrirlər (7). Deməli, İsaya peyğəmbərə görə, Xaldeya xalqı – “səhra əhli”ndən olan Assurdan başlanır ki, onlar özlərinə qüllə tikmişlər.İran yazılarına görə, Assur ölkəsi olan Asuristan elə Babil ölkəsidir (8). Babil (Bab-İlu) rəmzi mətnlərdə “Allahın qapısı” mənasını verir. Mənbələrdə Xaldeya mənasında olan Xalda rəmzi də, Urartu Allahları siyahısında “Xalda darvazası” və “Xalda darvazasının Allahları” kimi keçir. Çox qüdrətli silaha malik olan Xalda müharibə Allahı, Urartu dövlətinin və şahının himayədarı hesab olunur (9). Bu isə o deməkdir ki, “Allahın qapısı” mənasında olan Babil qülləsi elə Xalda, yəni xaldeylərin darvazasıdır. Quranda Xalda rəmzi Xüld kimi keçir və cənnətə aid edilir (10). Başqa sözlə – Xalda darvazasından başlayan və “başı göylərə çatan” Babil qülləsi elə Allahın göydə yaratdığı Xüld cənnətidir və xaldeylər də, yəni Xalda assurları da cənnət əhalisi sayılmalıdırlar.Evseviy xaldey sülaləsini – “kuti sülaləsi” adlandırır (11). Kutilər isə mənbələrə görə, şahlığı göydən endirilmiş Midiya əhalisidir. Bu isə onu deməyə əsas verir ki, xaldeylər – göydən gəlmiş Assur, yəni Asar/Osiris/Azər nəslidir.Əhdi-Ətiqdə, İezekiil peyğəmbərin kitabında Misir və Assur ölkəsi – Livandakı sidr ağacı adlandırılır: “Misirin – hündür sidr ağacının yıxılması:… Budur, Assur Livandakı sidr ağacı idi… Sular onu böyüdürdü, sonsuzluq onu qaldırırdı… O öz boyunun hündürlüyü və budaqlarının uzunluğu ilə gözəlləşirdi, çünki onun kökü böyük dərya sularında idi” (12). Bu o deməkdir ki, Misir, Assur elə – göylərdəki “dünya ağacı” rəmzindədir. Misir ilə Assur ölkələrinin eyni mənada göstərilməsi o deməkdir ki, Misir rəmzi Devid Rolun yazdığı kimi “Asr və ya Asardan törənmiş” (M-Asar/Masr) mənasındadır. Asar/Assur isə bərəkət və əkinçilik Allahı olan Osiris, yəni Oziri – Azər Allahıdır. Belə çıxır ki, Əhdi-Ətiqə görə Misir və Assur ölkəsi – göydə yaradılmış ruhlar dünyasıdır və bu dünyanın qapısı da xaldeylərin Babil qülləsidir.Xaldeya, Xalda (XLD) və s. rəmzləri sufizmdə Xilat (XLT) rəmzi ilə eyni mənalıdır. Mənbələrə görə, II Nəsir əd-din Məhəmməd Sökmən, Xelatı və digər çoxlu şəhərləri aldıqdan və “On iki şəhər”ə yiyələndikdən sonra özünü Şahi-Ərmən adlandırdı (13). Bundan sonra isə Xilat – Azərbaycan atabəglər ailəsinin malikanəsinə çevrildi. Bu o deməkdir ki, Kadeşin Aziru şahlığı elə Azərbaycan atabəglərinin Xilat elindən başlanır və “On iki şəhər” rəmzi də Allahın göydə yaratdığı ruhlar dünyası ilə bağlıdır.Ən qədim mənbələrdə Ərmən, yəni “RMN” rəmzi – Ra-Amon Allahının adı kimi keçir və Misir fironu Amonun ruhunun, teurqiya vasitəsi ilə göydə yaratdığı Ra “günəşi” (diski) ilə birləşməsini bildirirdi. Qədim Misir mətnlərində Ra-Amon Allahı – “bütün Allahların Atası və Allahı” kimi qeyd olunur. Belə çıxır ki,  Ərmən rəmzi Ra-Amon günəş Allahı deməkdir və bu obraz – Azərbaycan bəglərinin Atası və Allahı sayılmalıdır. Şumer yazılarında Ərmən/Ra-Amon (RMN) rəmzi Enmer-Kar (NMR-KR) kimi qeyd olunur və Ra-Amon-Qor mənasında, Ra-Amon Allahının həm də Qor Allahı olması nəzərə çatdırılır. Devid Rol bildirir ki, Eridu şəhərində yaşayan şumerlilər, ölümlü Enmer-Kar şahını – Enki oğlu Asar İlahi statusu ilə adlandırdılar (14). D. Rola görə, Marduk və Assur Allahları – Eridudan olan “Enki və Damkinin (Etemenanki) oğlu” Asardan və ya Asar-Luxidən yaranmışlar. Mardukun əsas ləqəbi Asar-Luxidir ki, “Luxi”, yəni Luhi (LH) rəmzi yəhudi və İslam mənbələrində “Eloah” (LH) və “İlah” (LH) kimi yazılıb, Allah mənasını verir. Deməli, Asar-Luhi, yəni Asar-İlahi mənasında olan Asar Allahı – qədim Misirdə Ra-Amon və Qor kimi tanınan günəş Allahıdır. Bu Allah isə Azərbaycanın Xilat atabəglər ailəsinin şahı olmuş II Nəsir əd-din Məhəmməd Sökmənin ölümsüzlük qazanmış ruhudur. Sökmən şahın “On iki şəhər”ə yiyələnəndən sonra özünü Şahi-Ərmən adlandırması – onun göydə On iki “hissədən” ibarət ruhlar dünyasını yaratdıqdan sonra, özünün bu dünyanın Allahına çevrilməsi anlamındadır. Quranda Ra-Amon Allahı – Rəhman kimi, Asar rəmzi isə Ərş kimi qeyd olunur ki, sufizmdə bunlar eyni mənalı rəmzlərdir. Məhəmməd Sökmənin  “On iki şəhər”ə yiyələnməsi Quranda Rəhmanın Ərş taxtında bərqərar olması kimi rəmzləndirilir (15).Qədim Misir kosmoqoniyasının Geliopol (Gel şəhəri/Gelat/Xilat) variantına görə, “Dünya”nı yaradan Allah, əvvəl Şu və Tefnut cütlüyünü yaradır. Onlar isə Nut göyünü və Qeb torpağını yaradırlar. Daha sonra Şu Allahı qalxaraq, Qeb torpağını göyə qaldırır və göydə saxlayır. Bundan sonra isə Allah – dünyaya hakim kimi Osiris, yəni Asar/Azər Allahını yaradır. Onun ardınca isə Set və onun 72 xalqı yaradılır.Biz yuxarıda yazdıq ki, yəhudi mənbələrinə görə, müqəddəs dildə verilən Tövrat, Aşuri əlifbası ilə qeyd olundu və bu yazını yəhudi-seçilmişləri  “Assuriyadan qalxanda” özləri ilə gətirdilər. Burada – “Assuriyadan qalxanda” rəmzi, Şu Allahının Qeb torpağını göyə qaldırması anlamındandır. Qədim Misir mənbələrində “göyə qaldırılmış torpaq” dedikdə Misir ölkəsi və “piramida” mənasını verən “MR”, yəni “mar” rəmzi nəzərdə tutulur. Başqa sözlə, Göyə qaldırılmış Qeb/Qeyb cənnəti – Midiya mar-amoreyləri ilə bağlıdır. Bu mənbələrdə “mer” (piramida) rəmzi ilə eyni mənada “xenn”, “xennu” rəmzi də qeyd olunur. Bu isə “xanan” (kənan), yəni xunn, hunn mənasındadır (16). Belə çıxır ki, Midiyanın mar-amoreyləri və hunnlar eyni xalqdır və onlar “göyə qaldırılmış torpaq” əhlidirlər. Əgər nəzərə alsaq ki, Zaxariya Ritora görə Əhdi-Ətiq kitabı hunn torpağında, hunn (xunn/xanaan) dilində Alban yepiskopu Kardostun başçılığı ilə buraxılmışdır, razılaşarıq ki, hunnlar elə Midiya marları-amoreyləridir (17). Midiya hunnlarının göyə qaldırdıqları torpaq haqda Şumer yazılarında da məlumatlar verilir.Şumerlərin “Göy və Yerin Dağı” adlı mifində qeyd olunur ki, əvvəl heç nə yox idi. Göy və yer bir dağ kimi Nammu ilkin sularında idi. O özündən, oğlu və qızı rəmzində Anu və Ki-ni yaratdı və ayrı yerləşdirdi. Sonra onları  ər və arvad kimi birləşdirdi və bunlardan Enlil və Annunakilər yarandı. Bundan sonra An dağı böldü və hündür hissəsini göyə qaldırdı. Enlil isə düz səthini aşağa saldı və beləcə göy və yer yarandı. Daha sonra Enlil, bacı və qardaşları ilə torpağı nurlandırıb isitdilər və o gözəlləşdi. Enlil yerin ortasında Nippur şəhərini, onun qanunlarını yaratdı və onu nəzarətə götürdü. Onun mərkəzində isə hündürlük yaratdı və orada özü üçün lacivərddən, “başı göylərin ortasına çatan məkan” düzəltdi ki, oradan kölgəsi dünyanın hər tərəfinə yayılıdı. Burada – “başı göylərin ortasına çatan” məkan dedikdə – başı göylərə çatan Babil qülləsi nəzərdə tutulur ki, bunları da Nammu, yəni Ammon (Amon) Allahı yaratmışdır. Dağın göyə qaldırılmış hissəsi isə “qaldırılmış torpaq” mənasında cənnət deməkdir.Quranda da göyə qaldırılmış torpaq, dağ, piramida və s. mənasında olan cənnətdən danışılır (18). Burada, göyə qaldırılmış dağ – Tur (Turi-Sina) dağı adlandırılır və göydəki bu dağın qapısı isə cənnətin qapısı mənasında göstərilir (19). Quranın bu ayəsində “qapı” sözü – “el babe” rəmzi ilə verilib ki, bu da Babil qülləsi, yəni Xaldeya – Assur/Azər şahlığına aid edilməlidir. Deməli, mətndə – “Assuriyadan qalxanda” dedikdə, firon/pir Amonun Şu ruhunun göyə qaldırdığı Misir ölkəsi başa düşülməlidir. Misir ölkəsinin başqa adı Ta-Meri (Mar-Tu) kimi səslənir ki, bu da “göyə qaldırılmış Allah” (Ata/Tea/Dia) deməkdir. Misirin digər adı isə “Kem” (Kam) ölkəsidir ki, bu da göydəki Misir ölkəsinin qamlıq, şamanlıq vasitəsi ilə yaradılması anlamındadır. Kitabi Dədə Qorqudda bu Qam ölkəsini Qazan xan – «Qom qomlamam qoma yurdum» adlandırır və bu da Kem/Qam ölkəsinin qamlama, şamanlıq vasitəsi ilə yaradılması deməkdir.Qədim Misir mətnlərində Osiris Allahının rəmzi – Onun fəqərə sütunu sayılan Ced sütunudur və onu Tet sütunu da adlandırırlar. Ced fəqərə sütununun qaldırılması – Osiris Allahının qalxması deməkdir ki, bu da nəhəng insanın yer üzündə ayaq üstə durması anlamındadır. Qədim Misirin “Ölülər kitabı”nda deyilir: “Sən, ey Osiris qalx! Ey Möhkəm Ürəkli, sən öz fəqərə sütununu aldın! Ey Möhkəm Ürəkli, sən öz boynun və belin üçün dayaq aldın! Öz sütununda bərqərar ol. Mən sənin qarşında su qoydum və sənə qızıldan Ced sütunu gətirdim ki, sən sevinəsən” (20). Burada magik ritualdan söhbət gedir və sütunun qalxması ilə bərabər, bu sütunun üstündə, ilkin materiyadan, yerdəki ərazinin bənzəri – ruhlar eli, ruhlar ölkəsi var olur.Mənbələrdə Asar/Osirisin ruhu Orion ulduzu sayılır. Yunan mifologiyasında Orion – nəhəng insandır ki, dəniz Allahı Poseydon ilə Geyadan yaranmışdır. “Piramida mətnləri”ndə deyilir: “Budur, sənin adın – “Odur – hansı-ki – Oriondadır, Osiris”. Başqa sözlə, ayaq üstə qalxmış Osiris Allahı özü ilə birlikdə öz “ruhundakı dünyasını”, yəni cənnətini də göyə qaldırır və onu Orion adlandırır.  Orion rəmzi sufizmdə Ərən və Aran rəmzləri ilə eyni mənaldır. Aran isə Albaniyanın (Alvan/Livan) digər adıdır. M. Xorenatsiyə görə, Alban şahı olan Aran – Sisaka nəslinə aiddir və məlumdur ki, Sisaka hakimləri də sonradan Aranşah sülalə adını daşıdılar. Movses Kalankatusi və s. tarixçilərə görə, Albaniya ölkəsi Aran nəslinə verilmişdir. M. Xorenatsi isə Aranı – bədəni ərazi kimi qeyd olunan kosmik insan kimi təsvir edir və bildirir ki, o (Aran) Sisaka nəslinin nümayəndəsidir (21). Bu isə o deməkdir ki, Aran – qədim şumerlilərin Luqal adlandırdığı nəhəng kosmik insandır. Eyni məntiq, qədim hind yazılarında daha geniş izah olunur ki, burada şahlıq – şahın, yəni Allahın bədəni anlamındadır. Araşdırıcı Q. F. İlyin bu haqda yazır: “(Racın) Monarx dövləti əsasən yeddi əsas elementdən (prakriti) və ya üzvlərdən (anqa) ibarətdir. Şah – bu şahlıqdır: dövlətin [bütün] elementlərinin qısa mənası belədir. Və bu sadəcə aforizm deyildir. Qədim hind siyasi təfəkküründə uzun müddət qalmış və çox qədimlərə gedən təsəvvürə görə şah və şahlıq birdir və bu şahlıq sanki şahın bədənidir və dövlətin elementləri də onun bədəninin elementidir (üzvüdür)” (22). Bu isə o deməkdir ki, Hind mənbələrində Asur adlanan və Asar/Osiris Allahının ruhu mənasında olan Orion/Aran – bədənində ruhlar dünyası, ruhlar eli zühur etmiş Allah obrazıdır. Qədim Misir yazılarında bu kosmik insan – Atum Allahı, digər mənbələrdə isə Adəm adlandırılır ki, Tövratda da Adəm – dünyanın o başından bu başına qədər olan nəhəng varlıq kimi göstərilir. Midiya (MD-Y) rəmzi də sufi məntiqində “Ya-Adəm” (Y-DM) mənasını verir və bu da – kosmik insan Atum/Adəmin məhz Midiyada ayaq üstə durması deməkdir. Adəmin bədənində var olmuş bu göydəki el haqqında mən kitab və məqalələrimdə geniş izah vermişəm. Bu elin zühur etməsi üçün keçirilən ritual isə – Ced sütununun qaldırılmasıdır.Qədim Misir mətnlərində Cəd/Tet sütunu Busirisdə qaldırılır ki, bu Osirisin ölmüş bədəninin bərpası, yəni onun dirilməsi mənasında idi. Evdoksa görə də, Osirisin bədəni, onun doğulduğu yerdə – Busirisdədir (23). Busiris, yəni Ba-Osiris rəmzi, Ba-Asar mənasında – Amon Allahının Ba ruhu ilə və Ra günəşi mənasında olan Osirisin vəhdətini bildirir. Busir rəmzi mənbələrdə Ba-Oziri, yəni İbuzir kimi də yazılır ki, mətnlərə görə İbuzir – Xəzər xaqanı olmuşdur (24). Xəzər rəmzi isə sufizmdə Azər, yəni Asar Allahı deməkdir. Başqa sözlə, Asar/Azər Allahının sütunu Busir/Busiris “şəhərində” qaldırılmışdır ki, bu da rəmzi mənada Amonun Ba ruhunda, yəni Bəqa səviyyəsində keçirdiyi ritual – teurqiya mənasındadır.Yazdıqlarımızdan belə bir nəticə çıxarmaq olar ki, Kodeş/Kadus elindəki Aziru şahlığı dedikdə, qapısı Busirsin Xilatında olan göydəki cənnət nəzərdə tutulmalıdır. Bu cənnəti isə Şu Allahı, yəni pir/firon Amonun ruhu qaldırıb, göydə saxlayır. Burada qeyd etmək lazımdır ki, Şu ruhu – bütün canlılarda da olan ruh, Ba ruhu isə – Bəqa (Ba+Hu) səviyyəsində, İlahla vəhdətdə olan ruh deməkdir. Şu Allahı sonrakı mənbələrdə Sia, Yeşua (Ya-Şu), İisus, Şiə kimi qalmışdır. Mətnlərdəki akkadların “Şumer” rəmzi də “Şu-Mar” fikrini ifadə edir və göylərlə bağlı olan midiyalılara aiddir. İslam mənbələrində Xalda/Xilatın Şu marları – Gelati-Şiə adlandırılır və bu rəmz batini sirləri bilən ifrat şiələrə aid edilir. Şu Allahının bu şiələrinin dini isə mənbələrdə “İmamiyə İsna Aşəriyə” kimi qeyd olunur ki, bu da Aşşur/Assur, yəni Asar/Azər Allahının On iki imamını əsas tutan din anlamındadır. Qurana görə, ilk şiələr Nuh və yəhudilərin patriarxı olan İbrahim peyğəmbər olmuşlar. İslam ezoterizminin məşhur tədqiqatçısı Anri Korbenin gəldiyi nəticəyə görə isə, şiə ezoterizmi İranda, müsəlmanlıqdan da əvvəl olmuşdur.Quranda “İsna Aşəriyə” rəmzi Musa nəslinə aid edilir və onların haqq yolu ilə getdikləri nəzərə çatdırılır (25). Burada “On iki” rəmzi – Musa peyğəmbərin daşdan on iki bulaq çıxarması ilə əlaqələndirilir. Digər yerdə isə, “Allahu İsna Aşera”, yəni Allahla bağlı olan “On iki” rəmzi aylara aid edilir və bu rəmzin, Allahın göyləri və yeri yaratması ilə bağlılığı nəzərə çatdırılır (26). Bu isə o deməkdir ki, buradakı Aşera rəmzi, Allahın Göy və Yeri yaratması ilə bağlıdır və Asar/Osiris deməkdir. Mənbələrdə İşna Aşəriyə – “Cəzirə İsna Aşəriyə” kimi də qeyd olunur və bu da Azərin “On iki” rəmzinin adalara aid olması deməkdir. Başqa sözlə, On iki imam dini – dünyaya hakim kimi yaradılmış Asar/Azər Allahının dinidir. “On iki” rəmzi isə “dünya”nın yaradılması zamanı istifadə olunan rəmzləri bildirir.Əflatuna görə, göydəki dünya, yuxarıdan baxışda – 12 hissəli dəridən tikilmiş və müxtəlif rənglərlə işlənmiş alabəzək top kimi görünür (27). Qədim Misir yazılarında bu 12 rəmzi – bürclərə, aylara, saatlara və s. aid edilir. Günəş və Ay Allahlarının doğumları da 12 saat ərzində baş verir ki, bu haqda mən “Batini-Quran” kitabımda geniş məlumat vermişəm. “On iki” rəmzi ilə bağlı fəlsəfə sonradan bütün dinlərə, təriqətlərə və s. təsir etmişdir. İslamda On iki imam dedikdə, Sadat silsiləsindən olan müçtehid və imamlar nəzərdə tutulur ki, onlar Quranın ezoterik mənalarını izah edən, dinin əsasları, şəriəti mühafizə edən elm sahibləri, başçılarıdır. Lakin On iki imam fəlsəfəsi bizə, əsasən şiələrin İsmailiyə fəlsəfəsi kimi məlumdur. Məntiqinə görə bu fəlsəfə – qədim Misir fəlsəfəsi ilə eynidir.İsmailiyə fəlsəfi dünyagörünüşünə görə “dünya” – 12 ay və ya 12 bürcə uyğun olaraq, 12 “ada”dan (cəzirə) ibarətdir ki, hərəsinin öz ali xətibi var və onları “Dai Duat əl-cəzirə” və ya “Hüccət əl-cəzirə” adlandırırlar. Burada “ada” dedikdə – ilkin sulardakı, yəni göy sularındakı ada – ilkin materiyadakı ruhlar dünyası nəzərdə tutulur. Qədim Misir yazılarında bu ada – “Od adası” kimi qeyd olunur və Osiris Allahı da odlu adadan gəlmiş – “Od oğlu od” adlandırılır. Bu o deməkdir ki, şiələrin “İsna Azəriyə” dini – qədim Misir Allahı olan Asar/Azər Allahının dinidir. Ümumiyyətlə, “İsmailiyə” rəmzi, sufi-batinilikdə “İslam” rəmzi ilə eynidir və hər ikisi – “İssi-Aləm”, yəni “göydəki Aləmin ruhu” anlamında Amon Allahının ruhunu bildirir. Bu isə o deməkdir ki, İslam dininin bazası, kökü məhz İsmailiyə fəlsəfəsidir və bu da bizlərə sufi islamının batini mənası kimi məlumdur. Məhşur sufi alimi Qəzaliyə görə də, İslamın mahiyyəti sufizmdir.İsmailiyə/İsmail rəmzi Əhdi-Ətiqdə İzmail kimi keçir. Mənbələrdə izmailli (ismaili) deyəndə əsasən Qalaad, yəni Xalda/Xilat və Madiam/Midiya nəzərdə tutulur (28). Tövrata görə, qardaşları Yusifi (İosif) məhz Qalaaddan gələn izmaillilərin karvanına satır və onlar digər yerdə “Madiam tacirləri” adlanırlar (29). İzmaililər – İbrahim peyğəmbərin Aqaradan olan oğlu İsmailin törəmələridir ki, İzmail tayfasının şahzadələri 12 nəfər olmuşlar (30). Müqəddəs həvari Pavel, “Qalatalara müraciətnamə”sində deyir ki, “Aqar” rəmzi – Sinay dağı deməkdir və o, indiki Yerusəlim şəhərinə  uyğundur (31). Başqa sözlə, İsmailiyə fəlsəfəsi – Midiya yurdunun Xalda/Xilat elinin Sinay dağında var olmuş On iki qardaşlığın fəlsəfəsidir. Sufizmdə “On iki” rəmzi “əl-bədəviyə” sufi qardaşlığı (türük, tərikə) ilə də bağlıdır və bu qardaşlıq Əhməd əl-Bədəvi ilə əlaqələndirilir. “Köçəri vəziyyəti” mənasını verən “bədəvi” rəmzinin bilavasitə sufi qardaşlığı ilə əlaqəsi o deməkdir ki, buradakı “köçərilik”, sufi müridlərinin tərikə yolu ilə ilkin materiyaya etdiyi “köç” – səyahət mənasındadır. Yəni, buradakı “bədəvi” rəmzi, sufizmdəki “bodi” – tam kamilliyə çatmış, dərk olunmayan şeyləri dərk edən, ekstaz vəziyyətində “görən” anlamındadır. Göydəki Beyt (BT) də Bodi (BD) səviyyəsində yaradıldığı üçün eyni mənalı rəmzlərlə ifadə olunur. Yazılara görə, On iki ana qardaşlıqdan ibarət olan bu silsilə Əli ibn Əbu Talibdən başlanır. Lakin buradakı 12 rəmzi eyni zəmanda 12 həvari rəmzi ilə də bağlıdır ki, həvari (xavar/qavar) rəmzi də kəbir (böyük, nəhəng) deməkdir. Məlumdur ki, əvvəllər İsa peyğəmbərin əshabələri həvari adlanmışdır. Sonralar Məhəmməd peyğəmbərin də 12 ən yaxın əshabəsi həvari adlanmağa başladı. İbn Ərəbi həvariləri xüsusi insan qrupu kimi göstərir ki, onlar möcüzə göstərmək qabiliyyətinə malikdirlər.On iki qardaşlıq dini sonradan Avropaya da keçmişdir və ora köç edən Odin, yəni Azər Allahı burada qayda-qanun yaratdıqdan sonra, Asqard (Saqarta) adlanan və insan ayağını dəymədiyi dağın başında 12 Ezirin (Azər) yaşadığı sehirli saray tikir. Deməli, Avropa miflərinin kökündə duran 12 Ezir elə ismaililərin On iki imamıdır. Bildiyimiz kimi, bu On iki imam – “Sadat silsiləsi”, “Aliyə silsiləsi”, “Qızıl silsilə” və s. adlanan otuz üç möminlər qrupuna daxildir ki, onlar İslam dininin hər bir dövründə vəzifə yerinə yetirən dindarlar olmuşlar. Otuz üç rəqəmi isə Avropada masonluqla bağlıdır və masonluqda bu dərəcə ən ali dərəcə sayılır. Belə çıxır ki, On iki imam qardaşlığı təkcə dinlərin yox, masonluğun da təməlində durmuşdur (32). İsna Aşəriyə rəmzindəki “İsna” rəmzi də batinilikdə çox dərin mənalara malikdir. Mənbələrdə bu rəmz – qalxmaq, yuxarı qaldırmaq, atəşin yüksəlməsi, məzar, qəbir və s. mənalarındadır. Bütün bu mənaları ümumiləşdirsək, İsna rəmzi – göyə qaldırılmış məzar, göydəki ölüm şahlığı və s. mənasını verər ki, bu da elə qədim Misirin Osiris/Asar Allahının ölüm şahlığı deməkdir.  Lakin batinilikdə İsna rəmzi həm də Sin rəmzidir və bu rəmz Şumer, Mesopotamiya mənbələrində – Xarrandan olan Ay Allahı adlandırılır. Tədqiqatçı Devid Rol “İtirilmiş Əhd” kitabında qeyd edir ki, mənbələrdə “İl-Amurru” kimi də yazılan Əhdi-Ətiqdəki El rəmzi, patriarxal dövrdə təbii olaraq Xarrandan olan Ay Allahı Sin ilə eyniləşdirilirdi. İl-Amurru, yəni amoreylərin (midiyalıların) El Allah da qədim mənbələrdə – Ay kultu emblemi fonunda dayanmış və ya onu əlində tutmuş vəziyyətdə təsvir edilir. Tapılmış əşyalarda, “Amurru torpağının Sin Allahı” kimi tərcümə edilən yazılara rast gəlinir (33). Şumer, Mesopotamiya mənbələrdə El (İl) rəmzinin “El-Amurru” kimi yazılması, onun Əli-Əmir (Əli –Əmir əl möminin) mənasında olması deməkdir. Ay rəmzi isə bildiyimiz kimi İslamın rəmzidir. Tövratda yəhudilərin El Allahı – Səlim [SLM] şahının Allahı adlandırılır ki, bu da elə İslam [SLM] Allahı deməkdir. Belə çıxır ki, Səlim, yəni İslam Allahı olan yəhudilərin El Allahı – imam Əlidir. İsna Aşəriyə adlanan şiəlik isə, Xarran və onunla eyni mənalı olan Arran/Aranın – Midiya mar, amoreylərinin  El-Amurru Allahından, yəni İmam Əlidən başlanır.Məşhur sufi Cabir ibn Xəyyanın “Kitab əl-Məcid” traktatında, “Sin” rəmzi gözlənilən imama aid edilir. Tədqiqatçı Anri Korbenə görə, “Sin – qərib, səyyah, yetim mənasındadır və öz zəhməti ilə İmama gedən yolu tapanın, özü kimi səyyahlara İmamın təmiz nurunu göstərənin obrazıdır…”. Burada İmamın özü – İlahi Ruhdan axaraq dünyamızdakı vəziyyəti dəyişəcək olan Eliksir (əl-İksir) kimi göstərilir. Deməli, amoreylərin Xarrandan olan Sin – Ay Allahı, ilkin materiyanın təcəssümü olaraq, axirətdə insan obrazında zühur edəcək İmamın obrazıdır.Digər tərəfdən, Sin rəmzindən Sünnü rəmzi yaranmışdır və bu da İslamın digər qolunun adıdır. Belə çıxır ki, İslamın “Sünnü” və “Şiə” rəmzləri batini mənada eyni olub, Ay obrazlı Mehdini gözləyənlərə və onun ardıcıllarına aiddir.Tövratda Sin rəmzi Sinay kimi qeyd olunur və bu rəmz – Allahın Musa peyğəmbərin gözünə görünüb, ona on nəsihət verdiyi dağın adıdır. İzrail oğullarının bütün qırx illik səyahəti Sin (Sinay) və Kadis səhralarının da daxil olduğu böyük və qorxunc Faran səhrasında keçmişdir (34). Tövratda Kades (Kades-Varni) – Xanaan torpağında şəhər və “böyük və dəhşətli səhra” adlandırılır. Sufi-batinilikdə Faran rəmzi həm efiri, yəni ilkin materiyanı və həm də firon rəmzini bildirir. Deməli, Sinay və Kadis səhraları dedikdə efir, yəni ilkin materiya göyləri nəzərdə tutulur ki, buradakı səyahət də, sufinin ekstatik durumda – Allahdakı “suluq” seyri mənasındadır.Biz yuxarıda qeyd etdik ki, İsaya peyğəmbərə görə, Xaldeya torpağına başlanğıcı – “səhra əhlindən olan Assurlar” verdi və onlar öz qüllələrini yaratdılar. Tövrata görə, Şərqdən gələn və bir dildə danışan xalq – Sennaar torpağında Babil qülləsini tikdilər. Buradakı Sennaar rəmzinin kökü Sin (SN) rəmzidir. Misir dilində bu rəmz SNQR kimi qeyd olunur ki, bu da “SNQ-R” rəmzidir. “SNQ” rəmzi isə batinilikdə Sünik rəmzi ilə eynidir və bu rəmz bəzi mənbələrdə Süni kimi yazılır. Süni isə elə Sin, Sinay rəmzləri ilə eyni mənalıdır. Başqa sözlə, yəhudilərin Sinay/Sion dağı elə Albaniyanın Süni/Sünik dağıdır. Təbrizli Arakelə görə, bu dağda müqəddəs Atalar, ruhların əbədi yaşaması üçün “səhra” tikmişlər (35). Belə çıxır, Yeşay peyğəmbər – “səhra əhli olan Assurlar” dedikdə – göydəki “səhradan” gəlmiş Asar/Assur Allahlarını nəzərdə tutur. Digər tərəfdən, Müqəddəs həvari Pavel Sinay dağını “Aqar” adlandırır ki, İbrahim peyğəmbərin Aqaradan olan oğlu İsmail (İzmail) tayfasının şahzadələri 12 nəfər olmuşlar. Bu isə o deməkdir ki, İsna Aşəriyə adlanan “On iki” rəmzi, qardaşlığı məhz Sünik/Süni/Sinay dağı ilə bağlıdır və mənbələrə görə Sünik-Sisakan eli də 12 vilayətdən ibarət olmuşdur.Sinay rəmzinin Kadislə eyni əraziyə aid edilməsi onu göstərir ki, Süni dağı Midiyanın Kadus elindədir. Strabonun “Coğrafiyası”na görə kaduslar, amardlar və s. tayfalar məhz Nifat və Zaqr dağlarına səpələnmişlər (36). Buradakı “amard” rəmzi – Mar-Tu və ya Ta-Meri mənasında olan Misir-Assur ölkəsinə və onun mar-amoreylərinə aid edilməlidir. Nifatu dağı – qədim Misir mənbələrində Amon Allahının Napat (Nifatu) eli kimi qeyd olunur. Buradakı Zaqr rəmzi isə Sokar rəmzi ilə eyni mənalıdır və bu rəmz altında ölüm şahlığı və Osiris-Ptah-Sokar Allahları nəzərdə tutulur. Bu isə onu deməyə əsas verer ki, Sinay və Kadis rəmzləri elə Kodeş və orada yerləşən Osiris/Aziru şahlığı ilə bağlıdır.Yazdıqlarımızdan belə bir nəticə çıxarmaq olar ki, ən qədim mənbələrdə Azər (Asar) Allahı dedikdə, bu gün Azərbaycan adlanan məmləkətdə yaşamış pirlər, seyid-bəglər, şıxlar və s. müqəddəslər nəsli nəzərdə tutulmalıdır. Bu xalq Allah tərəfindən ilk olaraq İlahi xalq kimi yaradılmışdır. Onların müqəddəsliyi, yəni İlahla vəhdəti haqqında mən kitab və məqalələrimdə geniş məlumatlar vermişəm. Asar/Azər xalqı, digər yaradılmış 72 xalqdan fərqli olduğu üçün, adlarının qarşısında “MR”, yəni “mir” rəmzi yazılırdı ki, bu da onların göylərlə əlaqəli olması demək idi. Bu müqəddəslərin dili ən qədim mənbələrdə ekstatik dil mənasında “quş dili” adlanırdı və bu da rəmzlər dili mənasında – tərikə yolunu gedən türkün dili deməkdir. Nəsimi – “Bu quş dilidir, bunu Süleyman bilir ancaq” deməklə, Quranda ən ali səviyyə kimi qeyd olunan “quş dili”nin – fövqəladə xüsusi dil olmasını nəzərə çatdırır. Bu dildə yazılmış Tövrat kitabı da əslində Azəri pirlərinin İlahi kitabıdır. Rəmzlər dili olan Azəri dili və Aşuri şrifti, qədim mənbələrdə – run (runi) yazıları adlanır ki, run, yəni “RN” rəmzi – Aran mənasındadır. Aran isə Asar/Azər Allahının digər adıdır. Skandinav mifologiyasına görə, runlar ilk dəfə, ekstatik vəziyyətdə olan və “dünya ağacı”na vurulmuş Odin Allahına açılmışdır ki, Odin rəmzi də Azər Allaının digər adıdır. Başqa sözlə, runalar – ekstatik vəziyyətdə alınan bilgilərin, bir neçə məna verən rəmzlərlə, simvollarla ifadəsidir. Bu isə o deməkdir ki, biz runaları da Azəri, yəni Aşuri şrifti adlandıra bilərik.Lakin Tövrat kitabı həm də Asar/Azər oğullarının İlahi dininin mənbəyidir. Musa peyğəmbərin xalqının On iki qardaşlıq dini, yəni imamiyə İsna Aşəriyə şiəliyi də – Allahın “dünya” yaratmasından başlanır. Şah İsmayıl Xətai bu dini pak din hesab edərək – “Ərənlər sərvəti ol paki dindür” demişdir. Buradakı ərənlər isə – sufilərin “Hü ərənlər” adlandırdıqları Aran şahlarının İlahi nəslidir. Bu o deməkdir ki, əsl İslam – Tövratdan başlayan Gelati-Şiələrin sufi-batini elmidir. Bu İslam indiki Ərəbistan çöllərinin yox, Midiyadakı “Şərqin Ərəbi” ölkəsinin islamıdır və onun bütün imam-peyğəmbərləri də türk seyid-bəgləri olmuşlar (37). İndiki İslamı isə, qədim rəmzlərin zahiri mənalarını əsas tutan adi insanlar “yaratmışlar”.Bütün bunlar o deməkdir ki, Şərqdən gələn və bir dildə danışan xalq –  “quş dili”ndə danışan və bütün dinlərin bazasında dayanan, On iki qardaşlıq dinini yaradan Azərbaycanın Xilat atabəglərinin əcdadlarıdır. Onların müqəddəs eli isə indiki Azərbaycan, Ermənistan, Gürcüstan və s. əraziləridir.Qədim Misir mənbələrində Asar Allahının Ced fəqərə sütunu Busiris, yəni Busiridə qaldırılır ki, bu rəmz bu gün toponimlərimizdə Basar kimi qalmışdır. Əgər Azərbaycanın cənub bölgəsindəki toponimlərdə Asar adı Əsər kimi, yəni PeştƏsər, BilƏsər, PirƏsər, KürdƏsər, ŞağlƏsər və s. kimi qalıbsa, digər ərazilərdə bu rəmz Basar kimi, yəni GəncəBasar, ZəngiBasar, Vedibasar, Basarkeçər, Bazarxana və s. kimi qalmışdır. Gəncəbasar adı Gəncə-Ba-Asar kimi açılır ki, buradakı Basar rəmzi – Ba ruhlarının Asar ölüm şahlığı anlamındadır. İslamda Bəsmələ mənasında olan Ba Allahı (Billah/Vallah) elə Asar/Osiris mənasında olan Günəş (Ra-Amon) Allahının ruhudur və ona görə də bəzən birlikdə yazılır. Gəncə rəmzi isə sufi-batinilikdə “Gən” və “Cə” rəmzlərinin müxtəlif variantlarda birləşməsidir ki, ümumi mənada – Allahın göydə yaratdığı Eli və bu Elin əhalisi olan Asar/Osiris Allahlarını, yəni ölümsüz ruhları bildirir.Zəngibasar rəmzi batinilikdə Sünik-Ba-Asar mənasında – Sünik göylərində yaradılmış “səhra”nı və bu ilkin materiya səhrasındakı Ba ruhlarının Asar ölüm şahlığını bildirir. Eyni mənalı Zəngəzur rəmzi isə, Sünik-Azər anlamındadır. Quranda “Zərbiyyə” kimi yazılan Azərbay(can) rəmzi – xalça mənasında qeyd olunur və bu Asar-Ba ölüm şahlığının göylərdə rəmzi mənada “toxunması” anlamındadır. Ərəb mənbələrində bu xalça – uçan xalça adlandırılır və rəvayətə görə, Süleyman peyğəmbər özü və bütün sarayı bu xalçada Göydə uçurmuş. Yəhudi deyimlərinə görə isə, xalçanın sahəsi altmış kvadrat mil olub, yaşıl ipək, qızılla naxışlanmışdır (38). Süleymanın sarayının cinlər tərəfindən tikildiyini nəzər alsaq anlayarıq ki, bu xalça göydəki dünya anlamındadır. “Azərbaycan” məmləkətinin, yəni mələküt dünyasının – iki dünyanı birləşdirən bir ölkə mənasında olması haqqında mən “Azəri, Azərbaycan nə deməkdir. Sirlər xəzinəsi” adlı məqaləmdə yazmışam (39).Azər Allahının, Özünə qulluq üçün yaratdığı seçilmişləri, yəni Azəri xalqı dünyada yeganə xalqdır ki, Allah onları İlahi nurdan yaratmış, onlara, bütün dillərin kökündə durani ən ali dil – “quş dili”ni vermişdir. Allah onları, bütün dinlərin kökündə duran pak İsna Aşəriyə (Azər) dini ilə “silahlandırmış” və dünyanın ən müqəddəs məkanında yerməşdirmişdir. Onların ruhlarının, ölümdən sonra da yaşaması üçün, Allah göydə – Azər şahlığı, yəni cənnət yaratmışdır. Çox təəssüf ki, axirət qabağı Azəri seçilmişlərinin törəmələri, dünya malını Allahdan üstün tutdular və Ağrı dağında Allahla bağladığı müqaviləni pozdular (40).Bütün bunlar haqda daha geniş məlumatlar “Batini-Quran” kitabımda və məqalələrimdə verilmişdir.

Ədəbiyyat

1. “Assuriya – qədim Azərbaycan ölkəsidir”,sayt:http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html

2. Б. А. Тураев,«История Древнего Востока», Л. 1935. 1 cild, səh.304

3. М. Носовский, “Адам говорил по-арамейский”, sayt: http://berkovich-zametki.com/AStarina/Nomer10/MN47.htm

4. Шихабоддин Яхья Сохраварди, «Багряный ангел», sayt: http://angel.org.ru/2/sohravar.html

5. Абу Хамид аль-Газали, «Воскрешение наук о вере» М.,1980, səh. 209,210,309

6. А. Л. Оппенхейм, «Древняя Месопотамия», М., 1980, səh.27,28

7. Библия,Исая, 23:13

8. Р. Фрай, «Наследие Ирана», М., 1972, səh.150

9. Хрестоматия по истории Древнего Востока, М., 1980, səh.302

10. Quran,25:15

11. И. М. Дьяконов, «История Мидии от древнейших времен до конца 1V в. до н. э.» М.-Л., 1956, səh.37, 38

12. Библия, Иезек.,31:3,4,7

13. К. Гандзакеци, «История Армении», М.,1976, səh.282

14. Д. Рол, «Утраченный Завет», сайт: http://lib.rus.ec/b/328508/read

15. Quran, 20:5

16. Алан Ф Эльфорд, «Путь Феникса. Тайны забытой цивилизации», Земля Мер, sayt: http://www.universalinternetlibrary.ru/book/26498/ogl.shtml#t130

17. Ю. Р. Джафаров, «Гунны и Азербайджан», Б., 1985, səh.83

18. Quran, 7:171

19. Quran, 4:154

20. Б. А. Тураев, «История древнего востока», Л., 1935, I cild, səh.205-207

21. М. Хоренаци, II Книга, böl., 8

22. Г. М. Бонгард-Левин, Г. Ф. Ильин, «Индия в древности», М., 1985, səh.563

23. Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh.163

24. Г. А. Гейбуллаев, «К этногенезу Азербайджанцев», Б.,1991, səh.270

25. Quran,7:159-160

26. Quran, 9:36

27. Əflatun, “Fedon”, 110 S,D,E

28. Библия, IПар.,5:10, Пс.,82:7, Вар.,3:23

29. Библия, Быт.,37:25,28

30. Библия, Быт.,17:20

31. Библия, Галат.,4:25

32. “İlk mason təşkilatı Azərbaycanda yaradılmışdır” məqaləm, sayt: http://gilarbek.blogspot.com/2014/02/ilk-mason-tskilat-azrbaycanda-yaradlmsdr.html

33. Дэвид Рол, “Утраченный Завет”, sayt:http://readli.net/utrachennyiy-zavet/

34. Библия,Втор.,1:12, Чис.,10:12, 12:16, 20:1

35. А.Даврижеци, «Книга историй», М.,1973, böl. 24,51

36. Strabon, XI:13/3

37. “İslamın 124 min peyğəmbərləri kimlərdir?” məqaləm, sayt: http://gilarbek.blogspot.com/2014/01/islamn-124-min-peygmbri-kimlrdir.html

38. Идрис Шах, «Магия Востока», M., 2000,səh.38

39. “Azəri, Azərbaycan nə deməkdir. Sirlər xəzinəsi”, sayt: http://gilarbek.blogspot.com/2012/08/azri-azrbaycan-n-demkdir-sirlr-xzinsi.html

40. Библия, Быт., 9:13

Firudin Gilar Bəg

Categories: Uncategorized | Yorum bırakın

“Əvvəl söz vardı, söz Allahda idi və söz Allah idi”

Xristian kilsəsinin kanonik, yəni düzgün hesab etdiyi Yuhannanın İncili belə başlayır: “Əvvəl söz vardı, söz Allahda idi və söz Allah idi”. Bu İncildə Yuhanna adlı bir insanın, həyat verən işıqdan, nurdan xəbər gətirməsindən və “dünya”nın onun vasitəsi ilə var olmasından danışılır. Bu “dünya”, Tövratda Allahın yeddi “günə” işıqdan yaratdığı göydəki ruhlar aləmi mənasındadır. Qədim Misir yazılarında bu yaradılış Gel şəhərində var olmuş Atum Allahı adlanır və bütün Misir kosmoqoniyası bu Allahın zühuruna həsr olunmuşdur. Kitab və məqalələrimizdə biz bu haqda geniş məlumatlar vermişik (Məqalə: “Основой всех религий является одно космическое событие”, sayt: https://firudin.blogspot.com/2020/04/blog-post.html?m=1). Başqa sözlə, “Əvvəl söz vardı, söz Allahda idi və söz Allah idi” ifadəsini anlamaq üçün biz mütləq qədim Misir kosmoqonoyasına, yəni kosmos mənasında qəbul edilmiş göydəki dünyanın yaradılma texnologiyasına nəzər salmalıyıq.
Qədim Misir yazılarına görə, firon Amon göydə nəhəng ölçülü Atum (Adəm) Allahını var etmək üçün ilk növbədə ilkin materiyanı özünə tabe edib, onun adından yaratmağa başlayır. İlkin materiya özlüyündə səs, işıq, hərəkət və maqiyanın qanunlarından (kontaqioz və qomeopatiya maqiya) ibarətdir. Maqiya qanunları və səs, işıq, hərəkət üçlüyü birlikdə təfəkkür və yaddaşı yaradır ki, bu da ilkin materiyanın ali idrakıdır. Kontaqioz maqiyanın insan beynində təzahürü yaddaşın, qomeopatik maqiyanın insan beynində təzahürü isə təfəkkürün yaranmasına səbəb olmuşdur. Məhşur sufi Əziz Əd-din ibn Mühəmməd Nəsəfi ilkin materiyanı cövhər adlandırır və bildirir ki, ağıl da bu vahid cövhərin bir adıdır. Əl Fərabi ilkin materiyanı “fəal ağıl” kimi, ibtidai insanın ağlını isə “əzabkeş ağıl” kimi rəmzləndirir. Fəal ağılın sonradan firon Amon tərəfindən əzabkeş ağıla “axdırılması” prosesini Fərabi “qazanılmış ağıl” adlandırır və bu ağıl da elə Prometeyin ilk insana verdiyi ilahi od mənasındadır (Ал-Фараби, «Сушество вопросов»). Deməli, bu gün bizim düşünən insan (Homo sapiens) adlandırdığımız varlığı firon Amon, ibtidai insanın beyninə axıtdığı fəal ağıl, yəni ilkin materiya vasitəsi ilə düşünən etmişdir. Sufi İslamında – dünyanın yaranması prosesi zamanı İlahi mənbədən ilkin materiyanın təsəvvür olunan varlığa axıb töküdülməsi “fayd” rəmzi ilə qeyd olunur. Fayd – İbn Sinanın fəlsəfəsində də xüsusi yer tutur. İbn Sinaya görə fayd – ilkin prinsipdən (əl-mabda əl-əvvəl), yəni təmiz ilkin materiyadan ilkin ağıla – vahid ruhi mahiyyətin «axmışdır» (fada). Batınilərdə fada/fayd rəmzi fa-deo kimi açılır ki, buradakı “F” və eyni mənalı “P” samiti, yəni Afa və Apa rəmzləri ali idrakı – ilkin materiyanın düşünən hissəsini bildirir. Başqa sözlə, fada/fayd rəmzi yaradıcı idrak deməkdir və bu rəmz qədim Misir yazılarında Pta və ya Ptah (Pta-Hü) kimi qeyd olunur. Sufi-batinilərdə Hü – ilkin materiyanın rəmzi olduğu üçün Pta rəmzinin Ptah variantı – “ilkin materiyanın düşünən hissəsi” mənasını verir. Deməli, ilkin materiyanın insana axıb- tökülməsi mənası verən fayd (FD) elə qədim Misirin Pta (PT) rəmzidir. Bu rəmzi tam anlamaq üçün, onun batıni mənalarını bilmək lazımdır.
İnsan ruhu ilkin materiyanın bir “damlasıdır” və firon Amon öz ruhunu bütöv ilkin materiyanın ruhu adlandırır ki, ilkin materiya özü bunu “düşünməmişdir” və Amon belə dedikdə də o özünün belə düşündüyünü qəbul edib, firon Amonun “bədəni” rolunda çıxış etməyə başlayır. Firon Amon, doqquz yaradılışdan ibarət olan Atum Allahını yaratmaq üçün özünü, ilkin materiyanın ruhu mənasında Ptah adlandırır və ilkin materiyanın adından yaratmağa başlayır. Misir yazılarında deyilir: «Ptah, böyükdür; O – doqquz Allahın ürək və dilidir…hansı ki, Allahları mayalandırmışdır… (nə isə) Atum obrazında ürəkdə təcəssüm etmiş və dildə təcəssüm etmişdir… Beləcə Atum düşünülmüş və yaradılmışdır. Heç nədən yaradıcı Allah, Atum ideyası əmələ gəlmişdir. İdeya Tanrı dünyasının «ürəyində meydana gəlmişdir»: bu ürək və ağıl Ptah özüdür»; sonra ideya tanrı dünyasının «dilində yaranmışdır»; bu dil və nitq Ptah özü olmuşdur və s”. Bu o deməkdir ki, firon Amon özünü Ptah Allahı, yəni ilkin msteriyanın ağlı, təfəkkürü və düşündüklərini sözlə ifadə edən dili adlandıraraq, ilkin materiyanın adından Atum Allahını sözlə, və bu sözləri müşayiət edən teurqik rituallarla yaratmışdır. Firon Amon əvvəl yaradacağı Allahı beynində təsəvvür etmiş və söz, mantra və rituallar vasitəsi ilə onu materiallaşdırmışdır. Nəticədə isə göydə kosmik insan formasında olan və Atum/Adəm adlanan nəhəng insan yaranmışdır ki, qədim Misir yazılarına görə Qeb, yəni göydəki Qeyb aləmi də bu nəhəng insanın bədənində yerləşır. Şumer mətnlərində bu nəhəng insan Luqal (LQ-L) adlanır ki, bu rəmz batıni mənada İlahi-El (LH-L), yəni İlahdan, ilkin materiyadan yaradılmış göydəki El (cənnət) deməkdir. İslamda bu İlahi-El – Allah, yəni El-İlahi kimi qeyd olunur. Deməli, Allahu-Əkbər, yəni böyük, nəhəng Allah dedikdə elə firon Amonun fikri və sözü ilə yaradılmış kosmik Atum (Adəm) Allahı nəzərdə tutulmalıdır. Məşhur sufi Mühiddin ibn Ərəbi Adəmi – Haqq, yəni Allah adlandırır. Bu o deməkdir ki, Yuhanna – “Əvvəl söz vardı, söz Allahda idi və söz Allah idi” dedikdə, firon Amonun – Atum/Adəm Allahını yaratdığı zaman dediyi sözlər, mantralar nəzərdə tutulmalıdır ki, bu sözləri, sonradan Allaha çevrilmiş Amon demişdir. Amon Allahın sözləri də İlahın, yəni ilkin materiyanın düşünən hissəsi olan Ptanın “sözləri” mənasında olduğu üçün bu yaradıcı “sözlər” də Allah rolundadır.
Digər tərəfdən, Amon Allahına alqışın Leyden variantına görə, Amon, Ra və Pta – bütün Allahların mənasıdır: “Onlara tay yoxdur. Amon – hansı ki öz adını gizlədir, O, Öz üzü ilə Ra və bədəni ilə Pta (Ptah)-dır”. Bu o deməkdir ki, Ra Allahı – firon Amonun günəş siması, Pta isə onun Atum mənasında olan bədənidir.
Qədim Misir yazılarında Pta rəmzi Patu kimi də yazılır və Allahın yerdəki təcəssümü olan Qorla eyniləşdirilirdi. Bütün Misir fironları – İlahi Maat qayda-qanununu qoruyan Qor Allahının reeinkarnasiyası hesab olunurdu. Onlar söz və fikirlə fiziki aləmə təsir edib, möcüzələr göstərə bilirdilər.
Pta rəmzi bizlərə Apet/Yapet/Yafət kimi tanışdır ki, mənbələrdə Alban şahlarının nəsli olan bu Yafət-Ərən nəsli – Qacar, yəni Qor fironlarının-pirlərinin nəsli adlandırılır (Məqalə: “Ануннаки, последователи Гора и их святая пустыня Фаран”, sayt: https://firudin.blogspot.com/2021/07/blog-post.html). Bu isə o deməkdir ki, sözlə yaradılmış və söz-fikirlə fiziki aləmə təsir edib, canlı varlıq yarada və ya öldürə bilən, təbiətə aktiv təsir edib, yağış-qar yağdıran bilən və s. möcüzələr göstərən qədim fironlar nəsli elə Azəri Aranşahlarının pir-seyid bəgləridir. Bu gün Azərbaycanda yüz illər əvvəl rəhmətə getmiş pirlərin qəbri bu gün də ziyarətgah kimi fəaliyyət göstərir. İnsanlar arzu-diləklərinin həyata keçməsi üçün, bu müqəddəslərin ruhlarına bu gün də nəzir boyun alır və nəzirlərini bu ocaqlara verirlər.
Yazdıqlarımızdan belə çıxır ki, “Əvvəl söz vardı, söz Allahda idi və söz Allah idi” ifadəsi – Atum (Adəm), Yafət, Azər (Osiris) və s. adlarla tanıdığımız Ra-Amon/Rəhman Allaha aiddir. Əzəl yazıya, yəni Lövhi-Məhfuza uyğun olaraq, sözlə işıqdan, nurdan yaradılmış bu Allah axirətdə məhv olur və bununla da onun seçilmişləri olan pir-bəglərin söz qüdrəti də itir və bu göy insanları adi insanlara çevrilirlər. Azəri xalqı, əcdadları firon-pir Amonun (Əman) sözlə yaratdığı Atum/Adəm Allahın ölümünü Aşura (Azər) mərasimi ilə minillər qeyd edirlər (Məqalə: “Aşura – Azərbaycan Atabəglər şahlığının məhvinin mərasimidir”, sayt: https://gilarbeg.wordpress.com/2021/08/11/asura-az%c9%99rbaycan-atab%c9%99gl%c9%99r-sahliginin-m%c9%99hvinin-m%c9%99rasimidir/). Elə bu Əzəl yazıya uyğun axirətdə Azər/Osiris Allahı yenidən diriləcəkdir.

Firudin Gilar Bəg

Categories: Uncategorized | Yorum bırakın

Batinilikdə Kərbəla və Hüseyn rəmzləri nə deməkdir?

Yaqut Həməviyə görə, Kərbəla – “yumşaq torpaq” mənasın verən ərəblərin karbalah rəmzi ilə bağlıdır. Digər bir fikrə görə bu söz arameylərin Kora sözündən yaranmışdır ki, bu da yaxınlıqdakı Babil kərpic istehsalı yeri ilə əlaqəlidir. Başqa sözlə, Karbabil rəmzi – Kora Babil deməkdir. Şiələri görə, Cəbrail bu adın mənasını Məhəmməd peyğəmbərə deyib: “Bu torpaq çox əzab və bəla olacağı yerdir”. Deyilənə görə, İmam Hüseyn Kərbəla çölünə catanda soruşdu ki, bu çölün adı nədir? Dedilər, bu çölün adı Neynəva çölüdur. Dedi başqa bir adı var? Dedilər Qasidiyyə.
Nineva rəmzi batınilərdə Nun-Va (Nun-Ba) anlamında, ilkin Nun sularındakı Va/Ba Allahı (Vallah/Billah) deməkdir.
Bildiyimiz kimi, firon Əman (Amon) ilkin Nun sularında, yəni göylərdə milyonlarla qurban hesabına ruhlar dünyası yaratmış və özü də onun daxilində Allaha çevrilmişdi. Axirətə yaxın isə, yəni 5500 illik vaxtın bitməsi ilə əlaqədar göydəki bu ruhlar dünyası işıq okeanında parçalanıb yox olmuşdur. Həzrəti Hüseynin mənbələrdə «Sultani-Neynəva» adlanması, yəni onun Nineva-Kufə səhrasında məhv olması rəmzi – qədim Misir mənbələrində Nun adlanan ilkin sularda, yəni işıq okeanında yaradılmış Sultanın məhv olması deməkdir.
Batini mənada Kərbəla rəmzi Kor-Baal rəmzidir ki, bu da Kor Balaat, yəni Qor vilayəti deməkdir. Bəla rəmzi daha dərin mənada Ba-El deməkdir ki, bu da Ba-vilayəti anlamında ölümsüzlük qazanmış və Asar/Osiris Allahlarına çevrilmiş ruhların eli, ölkəsi deməkdir. Buradakı Qor isə bildiyimiz kimi Asar/Osiris Allahının oğlu Qor mənasındadır və bu Qor dünyası Babil qülləsinin tikilməsi ilə eyni zamanda, onun göylərində var olmuşdur. Qədim Misir yazılarında Qor rəmzi Amsu rəmzinə aid edilir ki, bu da Musa və Sim rəmzi mənasında səmaya və oradakı dünyaya – Vəhy çadırına aid edilir.
Bu yerin adının Qasidiyə adlanması, onun Hüseyn rəmzi kimi batinilikdə Xaos/Oğuz rəmzi ilə bağlılığı deməkdir ki, bu da ilkin materiya, sufilərin Hü adlandırdığı İlah anlamındadır. Firon Amon məhz bu Xaos/Oğuzdan – Asar/Osiris/Azər Allahını yaradır ki, o da 5500 il sonra məhv olur. Mənbələrdə imam Hüseynə Sarallah da deyirlər ki, bu da batıni mənada Asar-Allah, yəni Azər-Allah (Osiris Allahı) deməkdir (Məqalə: “Məhəmməd peyğəmbər – Nurdan yaradılmış Azər Allahıdır”, sayt: http://gilarbek.blogspot.com/2013/08/mhmmd-peygmbr-nurdan-yaradlms-azr.html?m=1).
Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, Aşura – əcdadlarımızın Nun, Xaos adlanan ilkin materiya göylərində yaradılmış Azər/Osiris Allahın dünyasının məhv olmasının mərasimidir.

Firudin Gilar Bəg

Categories: Uncategorized | Yorum bırakın

Aşura – Azərbaycan Atabəglər şahlığının məhvinin mərasimidir

Bu gün Məhərrəm ayı başlayır və ayın onuncu günü Aşura adlanır. İlahi sirlərdən xəbəri olmayan müasir insanlar Aşuranı ərəblərlə bağlayırlar ki, bu da böyük səhvdir. Biz Aşuranın əsl mahiyyəti haqqında bir neçə məqalə yazmışıq və onun bilavasitə Azəri Türk seyid-bəgləri ilə bağlı olmasını göstərmişik (Məqalə: “Aşura haqqında əsl həqiqətlər”, sayt: http://gilarbek.blogspot.com/2015/10/asura-haqqnda-sl-hqiqtlr.html?m=1).

Sufi-batinilərdə Aşura – Azər deməkdir və bu mərasim Azəri müqəddəsləri olan seyid-bəglərin (şad bəglər) 5500 yaşlı İsna-Aşəriyə dini ilə bağlıdır. İslamın zahiri mənasını əsas sayanlar üçün bu gün İslamın yaşı təxminən 1440 ildirsə və Məhəmməd peyğəmbərdən başlayırsa, ifrat şiələr olan Gelati-Şiə ismaili-batinilərinə görə İslam və şiəlik Nuh və İbrahim peyğəmbərdən başlanır (Quran, 37:83). İlk müsəlmanlar da Məhəmməd peyğəmbərdən ən azı 1500 il əvvəl, övladlarına İslamı vəsiyyət etmiş İbrahim və Yaqub peyğəmbərlər olmuşlar. Böyük İslam alimi Mühiddin ibn Ərəbi, İslam dinini ölümlə bağlayır və insanlara müsəlman olaraq ölməyi tapşırır. İbn Ərəbiyə görə yalnız müsəlman olaraq ölənlər, yəni Allahla sazişə tabe olub, ona itaət edənlər, ifrat ismaililərinin Gelat/Xelat göylərində yaratdıqları Xüld cənnətinə düşə bilirlər. Batinilərdə İslam (S-LM) və İsmail (S-ML) rəmzləri – İsa-Aləmi, yəni ruhlar dünyası deməkdir. Bu İslam cənnətini Azəri Türk bəgləri Süni/Sina (Sünik) dağında yaratmışlar ki, İsna-Aşəriyə dedikdə də Süni/Sina, yəni Sünik dağındakı Azər/Asar/Osiris Allahı nəzərdə tutulur. Qədim Misir yazılarında Azəri (Aziru) şahlığının yerləşdiyi yer Kodeş adlanır ki, bura bizlərdə və yəhudilərdə Kadus və Kedes/Kodeş kimi qalmışdır. Tövratda bu Azəri (İazer) şahlığı amoreylərin, yəni Midiya marlarının torpağı sayılır (Məqalə: “İlk mason təşkilatı Azərbaycanda yaradılmışdır”, sayt: http://gilarbek.blogspot.com/2014/02/ilk-mason-tskilat-azrbaycanda-yaradlmsdr.html?m=1).

Qədim Misir mənbələrində bu мarlar – “amorey sutilər”, yəni seyid-mirilər (əmir-seyidlər) adlanır. Başqa sözlə, Azəri seyid-bəglərinin Xelat göylərində yaratdığı cənnət elə Azəri, yəni Asar/Osiris ruhlar dünyasıdır. İran mənbələrində farbaq, yəni firon-bəglər adlanan bu Kadus (Kuddus/Kodeş) müqəddəsləri yəhudi mənbələrdə İsrailin (İsraEl-AsarEl-OsirisEl) On iki şahzadəsi kimi, qədim Misir yazılarında isə “Osirisin On iki Böyük Allahları” kimi keçir. Yəhudilərin, yəni Xəzər Türk bəglərinin On iki şahzadəsi haqqında biz – “Quran”dakı İsrail oğulları – Azəri bəgləridir!” adlı məqaləmizdə geniş məlumat vermişik (sayt: https://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html?m=0). Bütün bunlar o deməkdir ki, İsna-Aşəriyənin On iki imamı elə qədim Misirin On iki Azər (Asar/Osiris) Allahıdır.

Məşhur misirşünas alim Uollis Bac qədim Misirin Pta-Seker-Asar Allahını Pta-Seker-Azar kimi də yazır ki, buradakı Seker/Sokar Allahı yeraltı dünyanın, yəni Cəbərut aləminin-mağarasının Allahı mənasındadır. Misirşünasların gəldiyi nəticəyə görə, bu Sokar/Sokaris mağarasında sandıq var ki, orada Osirisin bədəni qorunur. Osiris özü isə mətnlərdə odlu göldən gəlmiş “Od oğlu Od” adlanır. Başqa sözlə, Sokar mağarasında İlahi Osiris/Azər odu qorunur. Sokar, yəni Saxu-Ra rəmzi mənbələrdə Arsak/Arşak kimi də yazılır və İsidir Xarakskiyə görə, göydən gətirilmiş bu İlahi od – Arşakın şah elan olunduğu Asaak yerində qorunur və Əl Kufi bu yerin – Ərdəbil şəhərinin 45 km.-də yerləşdiyini bildirir (Məqalə: “Ahit sandığı” Azerbaycandadır”, sayt: http://www.gilarbeg.com/?sehife=oxu&lang=1&content=1188). Yəhudilər, İlahi odla bağlı olan bu sandığı Əhd sandığı adlandırırlar. Tövrata görə, Musa peyğəmbər məhz bu İlahi oddan göydə Vəhy çadırı yaratmışlar ki, Xəzər Türk bəglərinin Allahı bu cənnət çadırında insanlar arasında yaşayır. Qədim Misir mənbələrində göydəki bu cənnət Orion-Saxu bürcü adlanır və bu da saxu ruhlarının Orion bürcündəki aləmi anlamındadır (Məqalə: “Annunaki və Osiris Allahları – qədim Azəri bəg ərənləridir”, sayt: https://firudin.blogspot.com/2021/07/annunaki-v-osiris-allahlar-qdim-azri-bg.html). Alban mənbələrində Orion bürcü – Aran kimi qeyd olunur ki, M. Xorenskiy Alban şahı Aranın bədənini böyük ərazi kimi qeyd edir və onun nəslini Aranşah sülaləsi adlandırır. Aranşah rəmzi isə elə Orion-Saxu deməkdir və bu Arşak hökmranları mənbələrdə Gel-Gelarkuninin Sisaka/Sisakannəsli adlanır. Sisakan isə elə Skiniya/Sakin mənasında Vəhy çadırı anlamındadır. Belə çıxır ki, qədim Misir Allahları elə Azərbaycan Atabəglər Ailəsidir. İran mənbələrinə görə, məhz bu Asiya şahlarına – göydən gətirilmiş İlahi od verilmişdir. Hər şahin öz odu vardı ki, o hakimiyyətə gələndə odlanırdı və daşınan sandıqda qorunurdu. Aranşahlar nəslinin məhz bu odu hesabına qədim Azəri xalqı tam xoşbəxtliyə çatmış və iki dünyada xoşbəxt yaşayırdılar. İlahla vəhdətdə olan Azərbaycan Xelat bəglərinin nəsli, bu odun hesabına dünyanın bütün ölkələrində hökmranlıq edirdilər.

Qədim Misir yazılarına görə, Allah ilk olaraq, dünyaya hökmrankıq üçün Asar, yəni Osiris (Azər) Allahını yaratmışdır. Axirətə yaxın, qardaşı Set paxıllıq edib onu öldürür və tabutda, qutuda dənizə atır. Lakin Osirisin oğlu Qor atasını dirildir və o yenə dünyaya hökmranlıq etməyə başlayır. Mənbələrdə Osirisin ölüb-dirilməsi – İsa, Tammuz, Adonis, Attis, Kibela və s. Allahların ölüb-dirilməsi mərasimi adlanırdı. Bütün bunlar o deməkdir ki, Aşura – Azərbaycan Atabəglər Ailəsini bəşəriyyətdən üstün edən İlahi Azər odunun yox olmasının mərasimidir. Qurana görə, ölmüş Azərin dirilməsi Musa və Harun ailəsindən qalan bir sandığın gəlməsi ilə başlayacaq: «Peyğəmbərlər onlara: Onun hökmdarlığının əlaməti, içində sizlərə Rəbbinin mövcudluğu və Musa ilə Harun ailəsinin saxladığından qalan bir sandığın gəlməsi olacaqdır. Onu mələklər gətirəcəklər» (Quran, 2:248). Digər yerdə bu Əhd sandığı – Nuhun gəmisi-sandığı kimi qeyd olunur: «Onlar səndən, «Nə zaman lövbər salacaq» deyə qiyamət vaxtını soruşacaqlar? De ki: «Bu haqda bilgi mənim Rəbbimdədir, öz vaxtında O, Onu açacaq. O Göydə və Yerdə çox ağır bir işdir. O sizə birdən gələcək» (Quran, 7:187).Yazdıqlarımızdan belə çıxır ki, batıni mənada Aşura – Azərbaycan pir-bəglərini, seyid-bəglərini bəşəriyyətdən üstün edən cəddləri Azər Allahının ölümünün mərasimidir. Azər/Osiris Allahı – Aranşahların Süd yolundakı Orion-Saxu ruhlar dünyasıdır və Əhd sandığının açılması ilə bu dünya yenidən göydə var olacaqdır.

Firudin Gilar Bəg

Categories: Uncategorized | Yorum bırakın

“Elm bir nöqtə idi, cahillər onu çoxaltdılar”

Haqq elmində bu aləm bir surət imiş ancaq,
O surətdə bu Adəm bir nöqtə imiş ancaq.
O nöqtənin içində gizli neçə min dərya,
Bu aləm o dəryadan bir damla imiş ancaq
Adəmliyin kim tapsa bil ki odur Adəm,
Yoxsa görünən surət bir kölgə imiş ancaq.
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Hz. Niyazi Misri (17 əsr)

Texnologiyanın böyük sürətlə inkişafına baxmayaraq bəzi insanlar hələ də meymundan əmələ gəlmələrini düşünürlər. Onların Darvin nəzəriyyəsinin hələ də qüvvədə qalmasına baxmayaraq, özlərinin kamil insan olmalarına tam əmindirlər. Qədim müdriklərin, yəni sufilərin məntiqində kamil insan – yaradılışını bilmək və Allahını tanımaq hesab olunurdu ki, bu günkü insanlar bu haqda heç nə bilmirlər. Buna görə də müasir dövrümüz sufi məntiqində “cahiliyyə dövrü” hesab olunur. Bəs həqiqət necədir, elm nədir? İnsanlar nələri bilmirlər? Bu məqalədə biz bu məsələlərə sufi-batin məntiqi ilə, yəni qədim müdriklərin “gözü” ilə baxacağıq.
Bildiyimiz kimi imam Əli demişdir: “Elm bir nöqtə idi, cahillər onu çoxaldılar”. Yazılanlara görə, İmam Əli İlahi sirləri, yəni batin elmini bilən kamil insan olmuşdu və buna görə də peyğəmbərimiz – “Mən elm şəhəriyəm, Əli onun qapısıdır” demişdi. Başqa sözlə, yalnız imam Əlinin elmi ilə peyğəmbər həqiqətlərini dərk etmək mümkündür. Deyilənə görə İmam Əli “nöqtə” ilə bağlı bildirmişdir ki, “Quran Fatihədən, Fatihə Bəsmələdən, Bəsmələ “Bə” hərfindən ibarətdir və mən də o “Bə” hərfinin altındakı nöqtəyəm”. Batini məntiqdə Bə (Ba) – qədim Misir fironu (pir) Amonun göydə Ra-Amon Allahına çevrilərək ölümsüzlük qazanmış ruhudur. Deməli, imam Əli göydəki Ra-Amon/Rəhman Allahın ruhu ilə bağlıdır. Başqa sözlə, həqiqi elm imam Əlidən başlayan vahid elmdir və bu elmi cahillər çoxaltmışlar. Bu elmin nə məna kəsb etdiyini anlamaq üçün müqəddəs yazıların batini mənalarına nəzər salaq.
Ba rəmzi müqəddəs Tövratın və Quranın ilk rəmzləridir. Tövrat – “Əvvəlcə Allah göyü və yeri yaratdı” cümləsindən başlanır ki, burada ilk söz “əvvəlcə” mənasını verən “Bereşit” rəmzidir. Yəhudi müdriklərinə görə “Bereşit” rəmzi bütün Tövratın mahiyyətidir. Bu kitabda “Əvvəlcə Allah yaratdı” ifadəsi – “Bereşit bara Elohim” rəmzləri ilə verilir və burada Elohim (İlah-Om) – Allah, “bara” (BR) rəmzi isə “yox yerdən var etmək” mənasındadır. Bereşit rəmzi Be-reşit kimi açılır ki, buradakı reşit – əvvəl deməkdir. Ba rəmzi yəhudi əlifbasında ikinci – bet hərfidir. Üç tərəfi bağlı, sol tərəfi açıq olan bu hərfin ortasında nöqtə (בּ) olanda “B”, yəni ba kimi oxunur. Batini mənada bet hərfi beyt, yəni ev deməkdir ki, bu da göydəki ev anlamında yəhudilərin El Allahına aiddir. El (İlu) rəmzi isə Əli rəmzi ilə eyni mənalıdır. İmam Əli özünü Ba-nın altındakı nöqtə adlandırır ki, yəhudi əlifbasında bu nöqtə bet-in, yəni beytin içindədir. Deməli, imam Əli obrazı yaranış zamanı Allahın göydəki beytinin içində yaradılmışdır. Digər tərəfdən, bet hərfi rəqəm hesabında iki deməkdir və bu mənada Bereşit rəmzi Bet-reşit, yəni iki əvvəl, iki başlanğıc, iki yaradılış mənasını verir. Reşit rəmzi batini mənada Ra və Şit rəmzlərindən ibarətdir. Ba-Ra-Şit rəmzlərini yaxşı anlamaq üçün eyni zamanda Qurana da nəzər salmaq lazımdır.


Yazdığımız kimi Quran Fatihədən, Fatihə Bəsmələdən, Bəsmələ isə ba hərfindən ibarətdir ki, bu da Quranın mahiyyətinin ba ilə bağlı olması deməkdir. Ba-dan başlanan Bereşit də Tövratın mahiyyətidir. Batini mənada “Bismillah Rəhmani Rəhim” rəmzi – “Ba Allahın ismi Rəhman və Rəhimdir” fikrini ifadə edir. Burada Rəhman – əvvəldə gələn günəş Allahı Ra-Amon, Rəhim isə axirətdə gələcək Mehdi mənasındadır və biz bu haqda kitab və məqalələrimizdə yazmışıq (Məqalə: “Qurana görə axirətdə Allah gələcək”, sayt: http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html). Rəhim rəmzi Ra-Qam mənasında Mehdinin qam-şamanlıqla, yəni ekstatk durumla bağlı olmasına işarədir. Quranda RaQam rəmzi Raqim əhli kimi keçir və Mağara surəsindəki mağara ilə əlaqələndırilir və biz aşağıda mağara rəmzinə qayıdacağıq. RaQam (R-QM) rəmzi batinilərdə eyni zamanda QamƏr (QM-R) kimi oxunur ki, bu da Mehdinin – axirətdə günəş Allahının yerinə gələcək ay Allahı mənasında olması deməkdir. Deməli, Ba Allahı dedikdə burada da iki yaranış, iki başlanğıc nəzərdə tutulur və bunlar bilavasitə Ra günəş Allahı ilə bağlıdır. Tövratda da Bereşit rəmzində olan Ba Allahı – Ra və Şit rəmzlərindən ibarətdir ki, burada əvvəldə gələn Ra – günəş Allahı olan Ra-Amon/Rəhman, Şit rəmzi isə axirətdə gələcək və Rəhim mənasında olan Moşiahı, yəni Mehdini bildirir. Başqa sözlə, Bereşit dedikdə sufi-batinilər günəş Allahı olan Ra-nı və ay Allahı olan Şiti nəzərdə tuturlar.
Bereşit rəmzi həm də Bere-Şit kimi oxunur ki, biz yuxarıda bere/bara (BR) rəmzinin birbaşa mənada – “yox yerdən var edən” mənasında olmasını yazdıq. Qədim Misirdə bara rəmzi – firon Amonun ba ruhunun, onun teurqiya vasitəsi ilə göydə yaratdığı Ra diski/şarı ilə birləşməsini bildirirdi ki, bu da elə Amon-Ra (Ra-Amon) deməkdir. Deməli, batini mənada Bereşit həm də AmonRa-Şit deməkdir.
Tövratda Şit – Adəm və Həvvanın, Habil və Qabildən sonra üçüncü oğlu hesab olunur və mənbələrdə o Sif kimi də keçir. Mətnlərə görə Adəm oğullarından yalnız o atasının bənzəri və obrazı kimi yaradılmışdır. Adəmin özündən elm öyrənən Şit/Sif – İlahı müdrikliyin qoruyucusu və “insaniyyətin ürəyi” hesab olunurdu.
Tövratda günəş və ay Allahları böyük və kiçik nursaçan kimi rəmzləndirilmişdir. Bu kitaba görə, yer və göyün yaradılışının dördüncü günü, Allah – iki nursaçan: Böyük nursaçan – gündüz, kiçik nursaçan isə gecə idarə etmək üçün yaradır. Burada böyük nursaçan dedikdə, firon Amon (Ba ruhu) ilə birləşərək Ra-Amona çevrilən və axirətədək dünyanı idarə edən Ra günəş diski (şarı) başa düşülməlidir. Kiçik nursaçan isə ayın, yəni axirətdə günəş Allahı Ra-Amonun yerinə keçən Mehdinin rəmzidir.Yaranışdan sonra kiçik nursaçan, yəni ay Allahının obrazı – axirətədək göy aləmindəki Allahın beytində qalaraq axirəti gözləmişdir.
İslamda, yaradılışının dördüncü günündə yaradılan böyük və kiçik nursaçan – Məhəmməd peyğəmbər və imam Əliyə aid edilir. Hədislərə görə, Məhəmməd peyğəmbər və Əli, Adəmdən əvvəl yaranmış “vahid işığın iki nuru” olmuşlar. Bu İlahi nur, iki toxuma bölünmək, Mühəmməd və Əli şəxsiyyətində təcəssüm etmək üçün müxtəlif dövrləri keçmişdir. Deyilənə görə, Mühəmməd peyğəmbər bildirmişdir ki, “Mən və Əli, Adəmin yaradılmasından 14000 il əvvəl eyni nurdan ibarət idik”, yaxud “Mən və Əli, Adəmin yaradılışından 40000 il əvvəl Allah qarşısında nur olmuşuq”. Digər bir yazıda deyilir: “Adəmin dövründə Əli – Sif olmuşdur… Əli eyni zamanda Simonun obrazında gəlmişdir”. Və yaxud “Qəbul et ki, o Şimun əs-Safa olmuşdur, yəni o Simon-Petrdə, başqa cür desək əfsanəvi həvari (əshabə) Petrdə təcəssüm etmişdir” (L.İ.Klimoviç “İslam” M, 1965, səh.144). Bunlar o deməkdir ki, Bereşit rəmzindəki Şit (Sif) obraz elə axirətdə Ra günəş Allahının yerinə gəlməli olan ay Allahı Əlinin obrazıdır.
Qədim mənbələrdə ay Allahı dedikdə – Harrandan (Hü-Arran) olan Sin nəzərdə tutulur və o mənbələrdəki İl-Amurru (Əli -Əmir), yəni mar-amoreylərin El Allahı ilə eyniləşdirilir. Bu mətnlərdə El-Amurru rəmzinə “Bel-Şad” rəmzi də aid edilir və bu da Midiya şad-bəglərinin, yəni seyid-bəglərinin Allahı mənasındadır. Şit rəmzi özü qədim Misirin suti/set, yəhudilərin isə sad/şad rəmzi kimi Midiya mar-amoreylərinə, yəni miri-seyid bəglərinə aiddir.
Harranın (Arran) ay Allahına aid edilən “Sin” rəmzi, məşhur sufi Cabir ibn Həyyanın “Kitab əl-Məcid” traktatında axirətdə gözlənən İmamı bildirir. Tədqiqatçı Anri Korbenə görə, “Sin – qərib, səyyah, yetim mənasındadır və öz zəhməti ilə İmama gedən yolu tapanın, özü kimi “səyyahlara” İmamın təmiz nurunu göstərənin obrazıdır”. Burada yetim – mürşidsiz qalan və buna baxmayaraq İlahı sirləri dərk edən anlamındadır. Qeyd etmək yerinə düşər ki, ba rəmzi ilə, yəni Rəhman Allahın ruhu ilə başlayan Quranın ən son hərfi də Sin-dir. Sin​ eyni zamanda Sina/Sion dağıdır və Midiyada bu dağ Süni, yəni Sünik kimi keçir ki, məhz burada müqəddəs atalar, beyt mənasında göydə “səhra” tikmişlər. Buradan isə belə nəticə çıxarmaq olar ki, axirətdə günəş Allahının yerinə gələcək ay Allahı Sin – Süni/Sina dağı ilə bağlı olacaq.
Bütün bunlar o deməkdir ki, əvvəldə (Bereşit) iki obraz yaradılmışdır ki, bu da Ra günəş Allahının və Şit (Sif) ay Allahının obrazlarıdır. Müqəddəs yazılanlara batini məntiqlə yanaşsaq, Tövrat – əvvələ, yəni əvvəldə gələn və hər şeyi yaradan Ra-Amon Allahına (Alfa), Quran isə axıra, yəni axirətdə gələcək Mehdiyə (Omeqa) həsr olunmuş kitabdır. Yaranışdan sonra ay Allahının obrazı beytdə axirəti gözləmişdir ki, bu da nöqtə mənasında imam Əliyə aid edilən ikinci ba ruhudur.
Fransız əsilli islam alimi Şeyx Mişel Valsana görə, imam Əlinin dediyi – “Mən Ba-nın altında nöqtəyəm” fikri, Quranın Kəhf surəsindəki (ayət 82) iki yetimə çatası xəzinə ilə bağlıdır və nöqtə elə bu xəzinədir (Məqalə: “Ba’nın altındaki nokta” sayt: https://www.google.com/amp/s/www.hurriyet.com.tr/amp/yazarlar/musa-dede/banin-altindaki-nokta-29763319). Bu ayədə deyilir: “Divar isə o şəhərdə iki yetim gəncə aid idi. Və onun altında onlara aid sərvət var idi. Ataları əməlisaleh olmuşdu. Rəbbin, onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıkarmalarını istədi”.
Bu ayədə “şəhər” sözü “mədinət” rəmzi ilə verilmişdir ki, bu rəmz Mədinə şəhəri mənasında mənbələrdə Mədinət əs-Salam kimi keçir. Mədinə, Mədinət rəmzləri batini mənada Məd-Ane, Məd-Nut rəmzləridir və “Ane (Gel) şəhərindəki Məd”, “Nut göyündəki Məd” deməkdir. Məd rəmzi isə həm Midiyanı və həm də onun göylərində yaradılmış Adəmi, yəni qədim Misirin kosmik Atum Allahını bildirir. Deməli, buradakı şəhər – Atum Allahın, Atum dünyasının yaradıldığı qədim Gel şəhəridir. Digər tərəfdən, Mədinət əs-Salam rəmzi mənbələrdə Bağdad şəhərinin rəsmi adı kimi keçir. Qədim Misir mətnlərində Bağdad rəmzi Bexdet kimi qeyd olunur və Teb, yəni Tuba (Mədinə) şəhərinə aid edilir. Bu mətnlərdə Allah, Teb (TB) şəhərini, yəni göydəki beyti (BT) – Bexdetli Qorun şəhəri adlandırır. Bexdet/Bağdad rəmzi isə tərikənin “Bəqa səviyyəsində yaradılmış Duat aləmi” (Baqa-Duat) deməkdir. Buradan belə nəticə çıxarmaq olar ki, ayədə qeyd olunan şəhərdəki divar – Allahın göydəki beyti ilə yerdəki dünyanı ayıran divar mənasındadır.
Şeyx Mişel Valsanın – imam Əlinin dediyi “Mən Ba-nın altında nöqtəyəm” kəlməsini divarın altındakı xəzinə ilə əlaqələndirməsi, ba hərfinin yazılışı ilə də bağlıdır. Belə ki, başda gələndə ba rəmzi şaquli xətlə başlayıb sola dönür ki, bu da divara () bənzəyir. Onun altındakı nöqtə də məhz divarın altındakı xəzinə mənasını verir. Başqa sözlə, Ba-nın altındakı nöqtə, yəni xəzinə – iki dünyanın sərhədi rolunu oynayan divarın altındadır.
Yazılanlardan belə çıxır ki, imam Əli mənasında olan nöqtə Bereşitdə, yəni “dünya”nın yaradılışının əvvəlində göydəki beytin (bet) içində qeyd olunursa, axirətdə bu nöqtə ba hərfinin altına düşür. Bunun səbəbini anlamaq üçün Allahın obrazları materiallaşdırmasının texnologiyasını bilmək vacibdir. Nöqtə, yəni Mehdi obrazı – Allahın əvvəlcədən müəyyənləşdirdiyi zühurdur ki, bu da Onun öz nəzarətində, iradəsi ilə həyata keçir. Batini-Quran kitabında biz göstərmişik ki, Allahın iradəsinin materiallaşması Lövhi Məhfuzda yazılanlara uyğun baş verir və bu yaradılış ardıcıllığı qədim Misir mənbələrində, neoplatonçu Plotində və Əl Qəzalidə eyni formada göstərilir.
Əl Qəzaliyə görə “dünya” üç hissədən, yəni üç aləmdən ibarətdir ki, bu da göydəki mələküt aləmi, yerdəki aləm – mülk və mülkün altındakı mağara – cəbərut aləmidir (Абу Хамид Ал-Газали «Воскрешение наук о вере» М.,80, стр.57, 213). Əl Qəzali bildirir ki, Allahın əmri mələkütlə (göydəki beyt), əmrin ruhla təması, yəni obrazın materiallaşması cəbərut və orada olan lövhi məhfuzla, materiallaşmanın həyata keçməsi isə mülklə bağlıdır Sadə dildə biz bu yaradılışları belə ifadə edə bilərik:
Allah dünyanı yaradanda iki obraz yaratmışdır ki bu da əvvəldə gələn günəş Allahı obrazı və axirətdə onun yerinə keçəcək ay Allahı obrazıdır. Axirətə qədər dünyanı günəş Allahı, yəni hər şeyi yaradan Ra-Amon/Rəhman Allah özü idarə edir. Bu zaman ay obrazı beytdə axirətə qədər qalır. Axirətdə günəş Allahı öz taxtını ay Allahına vermək üçün bu obrazı materiallaşdırır və canlı insana çevirir. Bu zaman beytdə olan ay obrazı (Ba nöqtəsi), mülkün altındakı cəbərut aləminə “enir” və buradakı ruhla birləşir. Materiallaşma isə mülkdə baş tutur ki, bu mülkü Allah özü qoruyur.
Mülk (MLK) rəmzi mənbələrdə eyni mənalı məmalik (MMLK) kimi də yazılır ki, bu da batinilərdə həm malik və həm də onun mülkü kimi oxunur. Mənbələrdə Allahın qoruduğu mülkü – “Məmaliki Məhruseyi Qacar”, yəni Qacarların qorunan mülkü kimi keçir. Numizmatika nümunələrində Allahın mülkü – “MülkəHu” kimi qeyd olunur və Qacarların da daxil olduğu Cəlairilərə, yəni Gelarkünün Alban şahlarına aid edilərək “Xəllədə Mülkəhu”, “Xəllədullah Mülkəhu” kimi yazılır. Xəllədə rəmzi digər mənbələrdə – Babil qülləsinin tikildiyi Xaldeya, Azərbaycan Atabəglər Ailəsinin Xelat eli, Qurandakı Xüld cənnəti və s. kimi də qeyd olunur.
Bütün bunlar o deməkdir ki, imam Əlinin özünü adlandırdığı “Ba-nın altındakı nöqtə” – Allahın mülkünün altındakı cəbərut aləmindədir. Bu aləm mənbələrdə Sokaris, yəni İlahi odun qorunduğu Arsak mağarası, Qades, Aid, Kerti və s. ölüm şahlığı adlanır. Mənbələrə görə bu mağarada yəhudilərin müqəddəs saydığı Əhd sandığı qorunur. Mağara özü də bağlı qutu kimi olduğu üçün mənbələrdə Nuhun sandığı-gəmisi, Musanın səbəti, Osiris tabutu və s. kimi də rəmzləndirilir. Bu sandıqda isə ilkin materiya, yəni sufilərin Hü adlandırdığı İlah, İlahi od, dirilik suyu, həyat enerjisi və s. qorunur.
İlkin materiya elə bir substansiyadır ki, onunla vəhdətə nail olan, yaradılışın bütün sirlərini dərk edir və bu haqda biz yazmışıq. İbn Sina “Biliklər kitabı”nda bildirir ki, insan bu vəhdət zamanı bir saat ərzində bütün elmləri ardıcıl – başdan sona qədər dərk edə bilir. Əl Qəzaliyə görə sufilər bu vəziyyətdə hətta ulduzlar arasındaki məsafəni də ölçə bilirdilər. Bu isə o deməkdir ki, bütün elmlərin mahiyyəti və məcmusu ilkin materiyadadır. İmam Əlinin dediyi “elm bir nöqtə idi” deyimi də məhz ilkin materiyaya və onun qorunduğu Əhd sandığına aiddir. Sufilər ekstatik durumda nurlanma vəziyyətinə düşür və ilkin materiyadan informasiya alaraq, istədikləri canlını yarada bilirdilər. Əl Qəzali irsinin araşdırıcısı R. Nikolson bu səviyyəli sufi pirləri haqqında yazır: “Vəli, yəni müqəddəs – Kamil İnsanın (Adəmin) kütləvi tipidir və bilmək lazımdır ki, Məhəmməd peyğəmbərin müqəddəsləri kultu, peyğəmbərlər kultu kimi “birdən görmə”, “görülməyən və başa düşülməyən şeyləri görmə”, “hər şeyin aydınlaşması” və s.-dən başqa bir şey deyildir”. Deməli, peyğəmbərlər nəsli – ekstatik vəziyyətdə Allahdan və ya ilkin materiyadan informasiya ala bilən müqəddəslərdir. Mühiddin ibn Ərəbi Tərikənin bu səviyyəsini – Süleyman pilləsi adlandırır və bildirir ki, bu pillə Məhəmməd peyğəmbərin xalqına verilmişdir və ona görə də heç bir xalq onun xalqından üstün ola bilməz. Quran bu Süleyman pilləsini – Süleyman peyğəmbərə verilmiş “Quş dili” adlandırır. Belə çıxır ki, imam Əlinin “nöqtə” adlandırdığı kamil elm ən qədimdə Azəri seyid-bəglərinə verilmişdi və sonradan cahillər onu çoxaltdılar. Allah da “dünya”nı məhz bu kamil elmlə yaratmışdı.Yazılanlara görə, axirətdə Ba-nın, yəni beytin altındakı bu “nöqtə” (elm), cəbərutun açılması ilə Azər oğullarına qayıdacaq. Bundan sonra isə elm birdən-birə 14 dəfə artıq inkişaf edərək ən son – kamil vəziyyətinə gələcək. Daha heç bir inkişaf olmayacaq.
Quranda cəbərutun açılması – Nuhun sandıq-gəmisinin lövbər salması kimi rəmzləndirilmişdir: “Onlar səndən, “Nə zaman lövbər salacaq” deyə qiyamət vaxtını soruşacaqlar? De ki: “Bu haqda bilgi mənim Rəbbimdədir, öz vaxtında O, Onu açacaq. O göydə və yerdə çox ağır bir işdir. O sizə birdən gələcək” (Quran, 7:187). Digər yerdə “lövbər salacaq gəmi” əvəzində Musa və Harun ailəsindən qalan bir sandığın gəlməsi göstərilir: “Peyğəmbərlər onlara: Onun hökmdarlığının əlaməti, içində sizlərə Rəbbinin mövcudluğu və Musa ilə Harun ailəsinin saxladığından qalan bir sandığın gəlməsi olacaqdır. Onu mələklər gətirəcəklər” (Quran, 2:248). Xəzər yəhudilərinin məşhur “Xəzər məktubları”na görə, Musa ilə Harun ailəsinin sandığı, Allahın yarağları və digər müqəddəs əşyalar Ərdəbil ətrafında bir yerdə qorunur. Bu yer isə Xelat/Xaldeya, yəni Babil qülləsinin tikildiyi yerdir və sandıq, müqəddəs əşyalar da, Süleyman məbədi kimi tanıdığımız bu tikilinin içindəki 62 metrlik qızıl qüllədə qorunur. Qurana görə bütün bu sərvət axirətdə iki yetimə çatacaqdır.

Firudin Gilar Bəg

Categories: Uncategorized | Yorum bırakın