Monthly Archives: Mart 2024

İlahdan Allah yaratmış Türk bəgi kimdir?

Türklərin məşhur Gül Tigin, Moyun Çor və digər abidələrində Türk xanı iddia edir ki, “Mən Tanrı tək Tanrı yaratmış” və “Tanrı tək Göydə yaranmış” bilici Türk xanıyam. Digər yerdə xan – “Tanrıda olmasını və oranı El etməsini” xüsusi nəzərə çatdırır. Bunlar o deməkdir ki, Türk xanı – Tanrıdan göydə El, yəni oba, vilayət, aləm yaratmışdır.

Ən qədim mənbələrdə El sözü – İl, İlah, Eloax və s. kimi də yazılaraq ilkin materiyanı, yəni bütün flora-faunaya həyat vermiş İlahi enerjini bildirirdi. Deməli, mətnlərdəki El – əvvəli və sonu olmayan, doğmayan, doğulmayan İlahdan yaradılmış el, vilayət, dünya mənasındadır. Göydəki bu El İlahdan yaradıldığı üçün mənbələrdə Allah mənasını verirdi. Bəs İlahdan göydə El, Allah yaradan Türk xanı kimdir?

Tövratda El – Səlim şəhərinin böyük Allahıdır və buradakı səlim rəmzi islam rəmzi ilə eynidir. Məşhur sufi Mühiddin ibn Ərəbi “Füsusül Hikəm” kitabında, İslama aid etdiyi “Din” rəmzini – “El” rəmzi ilə əvəz edir. Bu o deməkdir ki, Türk xanının göydə yaratdığı El, yəni vilayət elə İslam dini, İslam ərazisi mənasında olan Darussalamdır (xoşbəxtlik evi, cənnət). Başqa sözlə, göydəki bu Səlim Eli – elə İslam Elidir (məqalə: “Allah” sözü bilavasitə türklərə aiddir”, sayt: https://gilarbek.blogspot.com/2019/?m=1).

El Allahı ən qədim yazılarda – El-Amurru kimi də yazılır və bu da amoreylərin El Allahı deməkdir. Mənbələrə görə, amoreylərin şahı Aziru (İazer) adlanırdı və onun şahlığı Kadeş şəhərindən başlayırdı. Bu rəmzlərin mənalarını tam anlamaq üçün biz, bu mətnləri tərtib etmiş qədim müdriklərin məntiqinə müraciət etməliyik. Tövratda bu məntiq – ilk insanların vahid səfa dili, yəni sufizm adlanır. Mən də qədim yazıların, rəmzlərin açmasını sufi məntiqi ilə verib, göydə Allah yaradan Türk xanının kimliyini aydınlaşdıracağam.

Hər şeydən əvvəl onu qeyd etmək vacibdir ki, türk rəmzi Assur, Misir mənbələrində teurq kimi yazılır və qam-şamanlıq, maqiya mənasında olmuşdur. Bu rəmzdən teurqiya sözü yaranmışdır və bu da maqik rituallar vasitəsilə “qurban ruhlarından Allah yaradan” mənasını verir. Mən, “Türk”, “Türkiye” ne demektir? Akıl almaz gerçekler” adlı məqalədə bu haqda geniş yazmışam (sayt:http://gilarbek.blogspot.com/2012/07/turk-turkiye-ne-demektir-akl-almaz_19.html?m=1).

Teurq rəmzi mənbələrdə Assur və Misir xalqına aid edilir ki, sufi məntiqində bu rəmzlər Azər, Asar, yəni Osiris mənasındadır. Başqa sözlə, teurqlar Azəri türkləri olmuşlar.

Qədim mənbələrdə amoreylər ölkəsi dedikdə, marların Midiya ölkəsi nəzərdə tutulurdu ki, Midiyanın Kadeş şəhəri digər mətnlərdə Kadus kimi qeyd olunur. Aziru adı Azər deməkdir və bu rəmz Azərbaycan toponimlərində Əsər kimi də qeyd olunur. Azərbaycanda amoreylər, yəni Midiya marları – ad, soyadlarının qarşısında bu gün də “mir” rəmzi qeyd olunan xanlar, pir-bəglər, seyid-şıxlar, yəni Azəri müqəddəsləri nəslidir ki, müqəddəs sözü də kadus rəmzindən yaranmışdır.

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 85

Bu o deməkdir ki, El-Amurru Allahı – Azəri müqəddəsləri olan seyid-bəglərin, Kadus elinin göylərində yaratdığı ruhlar eli, vilayətidir. Ərəb mənbələrində El-Amurru rəmzi Əli-Əmir (əl möminin) kimi məlumdur.

Belə çıxır ki, Türk xanının Tanrıdan yaratdığı El elə imam Əlinin vilayətidir və o İslam dininin Allahı sayılmalıdır. Onun göydəki məhz bu vilayəti – qədim Misir mənbələrində Osirisin ölüm şahlığı adlanırdı. Mən, “Assuriya qədim Azərbaycan ölkəsidir” adlı məqalədə bu şahlığın yaradılması haqda yazmışam (sayt:https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/).Digər tərəfdən, qədim Misir mənbələrində Tanrı sözü Neter (Ruten) kimi yazılır və iki dünyanı, yəni yerdəki və göydəki dünyaları birləşdirən ilkin materiyanı, İlahı bildirirdi. Deməli, Türk xanı teurqiya vasitəsilə İlahdan göydə El, yəni İlahi-El yaratmışdır. Şumer mətnlərində İlahi-El rəmzi Luqal kimi qeyd olunur və Böyük Adam mənasını verirdi.

Başqa sözlə, Türk xanı göydə İlahdan Böyük Adam yaratmışdır. İslam mənbələrində İlahi-El rəmzi El-İlahi kimi qeyd olunur və Allah kimi oxunur. Başqa sözlə, Türk xanı göydə İlahdan El-İlah, yəni Allah yaratmışdır ki, İslamda bu Böyük Adam – Allahu Əkbər, qədim Misir yazılarında isə Atum adlanırdı. Başqa sözlə, Böyük Allahı teurqiya vasitəsilə göydə Türk xanı yaratmışdır. Tövrata görə bu Böyük Adamın boyu dünyanın bu başından o biri başına qədər olmuşdu (Тора, Втор.4:32). Mühiddin ibn Ərəbi bu Adamı Adəm kimi təqdim edir və onu Məhəmməd peyğəmbər kimi – Haqq, yəni Allah adlandırır. Deməli, sufizmdə Adəm və Məhəmməd peyğəmbər Böyük Allahın obrazlarıdır. Qədim Misir mətnlərində Haq rəmzi Heka kimi qeyd olunur və maqiya, teurqiya və s. mənalarda Osiris (Asar/Azər) Allahına aid edilir. Mətnlərdə Osiris Allahı həm də Asar-Luhi, yəni Azər-İlahi kimi qeyd olunur. İslamda Azər Allahı – Sarallah kimi məlumdur və bu ad imam Hüseynin ləqəbi olmuşdur. Başqa sözlə, imam Hüseyn obrazı da Azər Allahının obrazıdır və buna görə Aşura (Azər) mərasimi Azərbaycanda xüsusi əzadarlıqla keçirilir.

Bütün bunlar o deməkdir ki, Adəm də, Məhəmməd peyğəmbər və imam Əli də Türk xanının göydə İlahdan yaratdığı El Allahının obrazlarıdır. Bu Allahın ən qədim adı Osiris, yəni Azərdir. Mən, “Məhəmməd peyğəmbər – Nurdan yaradılmış Azər Allahıdır” adlı məqalədə bu haqda geniş yazmışam (sayt: https://gilarbek.blogspot.com/2013/08/mhmmd-peygmbr-nurdan-yaradlms-azr.html?m=1).

Qədim Misir mənbələrində Adəm – firon Amonun Gel şəhərində yaratdığı kosmik ölçülü Atum Allahı adlanır. Mətnlərində açıq yazılır ki, bütün bəşəriyyəti Amon Allah yaratmışdır: “Dünyada ilk yaranan və mənası heç kim tərəfindən dərk edilməyən Amon Allahıdır. Onun nə Atası, nə də Anası olmuşdur. O Öz-Özünə həyat vermiş və Özünü yaratmış İlahi Varlıqdır”. Kitabı Dədə Qorqudda Amon Allahı – Bəkdüz Əman kimi qeyd olunur ki, bu da “Bəg ruhlu Əman” anlamındadır.Tövratda Amon Allahının Gel eli – Madiam (Midiya) izmaililərinin Gelad eli adlanır ki, ərəb mənbələrində bu el – ifrat ismaili şiələrinin Gelat (Qulat) eli kimi məlumdur. Madiam, yəni Midiya rəmzi sufi məntiqində Adəm və Atum rəmzləri ilə eyni mənalıdır. Bu o deməkdir ki, Midiya dedikdə Gel şəhərində yaradılmış Böyük Adam, yəni kosmik ölçülü Atum Allahı və onun daxilindəki El, vilayət, dünya nəzərdə tutulmalıdır.

Alban mənbələrində Gel Eli – Gelarküni, Amon Allahının burada yaratdığı El isə Alu kimi qeyd olunur və Albaniyanın digər adı kimi keçir. Deməli, El Allahı Alu – Albaniya vilayətidir. Sufi məntiqində Alban rəmzi El-Benu mənasını verir ki, benu rəmzi qədim Misirdə, pir-fironların göydə ölümsüzlük qazanmış Ba ruhları demək idi. İslamda benu rəmzi nəbi kimi qeyd olunur və bu onu deməyə əsas verir ki, Alban sözü Nəbi-eli mənasında ruhların-peyğəmbərlərin vilayəti, yəni cənnət anlamındadır.

Mən, “Həqiqi İslam – Albaniya bəktaşilərindən başlanır” adlı məqalədə göstərmişəm ki, İslam dininin əsası olan İsna-Aşəriyyə fəlsəfəsi bilavasitə Azərbaycanla, onun ərazisində yaradılmış Qafqaz Albaniyası Eli ilə bağlıdır (sayt: http://gilarbek.blogspot.com/2019/04/hqiqi-islam-albaniya-bktasilrindn.html?m=1).

Tarixçi M. Xorenlinin “Ermənistan tarixi” kitabına görə, Albaniya ölkəsi, yəni Alu (El Allahı) vərəsəliklə Gelarküni nəslindən kiməsə əbədi verilmişdir (məqalə: “Cənnət haqqında həqiqətlər və onun vərəsəliklə verilməsi”, sayt: https://gilarbek.blogspot.com/2013/03/cnnt-haqqnda-hqiqtlr-v-onun-vrslikl.html?m=1). Burada vərəsənin naməlum olması o deməkdir ki, bu cənnətin sahibi axirətdə məlum olacaqdır. Tövratda Alban rəmzi Lbnun kimi qeyd olunur və Allah bu eli – İbrahimə, İsaqa, Yaquba və onların törəmələrinə miras kimi vəd etmişdir. Mən, yazılarımda göstərmişəm ki, Tövrat kitabı, digər bütün müqəddəs kitablar kimi bilavasitə Gelar bəglərinin kitabıdır və yəhudilər də, rus və iranlılar kimi Türk bəglərinə Allah demişlər (məqalə: “Великие деяния сыновей Иакова и Рахиля”, sayt: https://firudin.blogspot.com/2023/04/blog-post.html?m=1).

Bütün bunlar o deməkdir ki, bu gün Allah adlandırdığımız varlıq – Gelar bəgi Əmanın (pir-firon Amon), Azərbaycanın qədim Gilarau mahalında İlahdan yaratdığı Böyük Adəmdır. Bu Allahu Əkbər Öz bədənində iki dünyanı, yəni yerdəki və göydəki aləmləri birləşdirir. Biz bu Allahın yerdəki Mülkündə doğuluruq. Öləndə isə ruhumuz, Onun göydəki Mələküt aləminə, Elinə, Əli vilayətinə qalxıb, bu cənnətdə də yüz illər var oluruq.Bütün qədim mənbələrdə dünyanın sonu dedikdə, İlahi nurdan yaradılmış Böyük Adəmın axirətdə göydə yox olması başa düşülməlidir. Onun yerində isə varisin yeni Adəmi var olacaqdır. Qədim Misir mənbələrində bu ölüb dirilmə – Osiris (Asarın/Azərin) Allahının ölüb-dirilməsi adlanırdı və Novruz bayramı kimi qeyd olunurdu. Kiçik Asiyada bu böyük yaz bayramı Gilar bayramı adlanırdı.

Firudin Gilar Bəg

20.03.2024

Categories: Uncategorized | Yorum bırakın

Peyğəmbərimizin əhli-beyt əmanəti və Beytullah

Dünyanın ən geniş yayılmış dinlərindən biri də İslam dinidir ki, onun yaradıcısı Məhəmməd peyğəmbər, müqəddəs kitabı isə Qurandır. Peyğəmbərimiz öləndə, İslam dini üçün ən vacib saydığı Quran kitabını və əhli-beytini “ağır əmanət” kimi qorumağı xalqına tapşıraraq demişdi ki, axirətdə xalqı ilə hovuz başında görüşəndə, onlardan əhli-beytlə necə rəftar etdiklərini soruşacaq. Quranın əmanət kimi qəbul edilməsini məntiqi saymaq olar. Bəs əhli-beyti hansı səbəblərdən peyğəmbərimiz “ağır əmanət” adlandırmış və onlara görə axirətdə öz xalqını sorğu-sual edəcəkdır? Bunu aydınlaşdırmaq üçün biz mənbələri diqqətlə araşdırmalıyıq. Hədislərə görə, Quran kitabı zahiri, yəni hərfi və batini, yəni daxili, gizli mənalardan ibarətdir.

Zahiri məna hamı üçün, batini mənalar isə sufi arifləri üçün nəzərdə tutulmuşdur ki, Tövratda sufilər – vahid səfa dili olan ilk ümmət adlanırlar (bax. Məqalə: “Tövrat da, Quran da bilavasitə Azəri pirlərinə göndərilib!”, sayt: https://firudin.blogspot.com/2023/08/tovrat-da-quran-da-bilavasit-azri.html?m=1). Quranın batini mənalarını bu sufi-səfa qardaşlığı “hikmət və marifətullah” adlandırırlar və bu elm peyğəmbərin beytinə aid edilərək – “Beyt əl-elm vəl-marifət vəl-hikmət” kimi də məlimdur. Deməli, Quranın batini mənalarını yalnız əhli-beyt bilmişdir. Mən, “Oxuduğumuz Quran – həqiqi Quran deyil” adlı məqalədə göstərmişəm ki, sufi arifləri Quran dedikdə Lövhi Məhfuzu və “danışan Quranı”, yəni əhli-beytdən olan ismaili natiqlərini nəzərdə tuturdular (sayt: https://firudin.blogspot.com/2023/05/oxudugumuz-quran-hqiqi-quran-deyil.html?m=1). Lövhi Məhfuz – mühafizə olunan, yəni qorunan lövhə deməkdir və o bir mağarda gizlədilmişdir. Bu lövhədə bəşəriyyətin bütün tarixi əvvəlcədən yazılmışdır və o məhz axirətdə üzə çıxacaqdır. Bu o deməkdir ki, Məhəmməd peyğəmbərin ağır əmanət kimi xalqına tapşırdığı Quran – “danışan Quran”, yəni axirətdə gələcək və əhli-beytdən olacaq ismaili natiqidir. Peyğəmbərimiz hovuz başında müsəlmanların bu son natiqlə necə rəftar etmələrini onlardan soruşacaq.Saqaleyn hədisində Quran kitabı və əhli-beyt əmanətləri “bir-birindən ayrılmaz ağır əmanətlər” adlandırılır ki, bu da axirətdə gələcək “kitabın”, yəni ismaili qütbünün (kutub) də bilavasitə əhli-beytdən olacağı anlamındadır.

Mən, “Əhli-beyt – Azəri pir-bəgləridir” adlı məqalədə elmi sübut etmişəm ki, batini məntiqdə peyğəmbərimizin “ev əhli” – Azəri seyid-bəgləridir (sayt: https://firudin.blogspot.com/2023/05/bugunku-ilahiyyatclar-hli-beyti.html?m=1). Məhəmməd peyğəmbərin, qardaşı oğlu Aqilə (Akil) çatmış evi – ən qədim Misir mənbələrində kosmik Atum Allahının yaradıldığı Gel evidir. Batini mənada aqil, əhli rəmzləri – Gel və İlah rəmzləri ilə eyni mənalıdır. Qədim Misir mətnlərinə görə, Gel şəhərində pir, yəni firon Amon minlərlə qurban vasitəsi ilə göydən yerə İlah gətirmiş və burada İlahdan El, yəni El-İlah – Allah yaratmışdır. Pir Amonun göydə yaratdığı bu kosmik el mənbələrdə Allahın Evi, yəni Beytullah adlanır. Bu o deməkdir ki, əhli-beyt dedikdə – Beytullahın yaradıldığı evin sakinləri nəzərdə tutulmalıdır.Quranda əhli-beyt rəmzi İbrahim (11:73), Musa (28: 12) vә Mәhәmmәd (33:33) peyğəmbərin ailәlərinə aid edilir. Bu o deməkdir ki, şiələrin əhli-beyti eyni zamanda yəhudi peyğəmbərlərinin də ev xalqıdır. Başqa sözlə, bütün peyğəmbərlər bir evdən çıxmışlar.İbrahim peyğəmbərin ailəsi ilə bağlı ayədə “ev xalqı” ifadəsi – “əhli aleyhim” rəmzinə aid edilir ki, batini mənada bu rəmz “Gel Elohim” deməkdir. Tövratda Elohim – bəşəriyyətin yaradılışını həyata keçirən allahlar mənasında qeyd olunurlar. Mən, “Человека сотворили Хазарские беки – Элохимы” adlı məqalədə göstərmişəm ki, Tövratdakı Elohim allahları – mənbələrdə “Ya-İlahi” adlandırılan Cəlairilərin Muğal bəgləridir (sayt: https://firudin.blogspot.com/2023/11/blog-post.html?m=1). Cəlair rəmzi – Gelar rəmzinin ərəbləşmiş variantıdır. Başqa sözlə, İbrahim peyğəmbərin əhli-beyti – Alban mənbələrinin Gelarküni Ərənşahları adlandırdıqları Gelar elohim-muğallarıdır.

Quranda (28:13) Musa peyğəmbərin beytinə aid edilən ayənin batini mənalarında söhbət – ilk insanlar olan marların (amorey), yəni Elohim-Muğal allahların Gelat eli və burada yaradılmış Qeyb aləmindən gedir. Batini mənada Gelat (Gel-Teo/Teos) rəmzi Gel elinin Allahı deməkdir və bu rəmz Tövratda və İslamda ismaililərə aid edilir. Bu o deməkdir ki, bu ayədə Musa peyğəmbərin də evi elə Gel və yəni Gelar evidir.Quranda (33:33), Məhəmməd peyğəmbərin evinə aid edilən ayədə əhli-beyt rəmzi – Kənan evi, namaz, zəkat və karine rəmzi ilə əlaqələndirilir və İlaha, rəsula itaət tövsiyə olunur. Batini mənada Quran rəmzi ilə eyni mənalı karine rəmzi – Qor Allahının yolu ilə gedən ilk ümməti, onların Gel şəhərində yaratdıqları Kənan/Xanaan evini bildirir ki, bu ev iki dünyanı birləşdirən kosmik evdir (bax. Məqalə: “Ануннаки, последователи Гора и их святая пустыня Фаран”, sayt: https://firudin.blogspot.com/2021/07/blog-post.html). Deməli, Məhəmməd peyğəmbərin evi – kosmik Atum Allahının evidir ki, insanlar bu ev əhlinə və buradakı Allaha itaət etməlidirlər. Başqa sözlə, peyğəmbərimizin evi elə – iki dünyanı birləşdirən Beytullah, yəni Allahın Evidir.

Yazdıqlarımızdan belə çıxır ki, Quranda əhli-beyt dedikdə Allahın Gel, yəni Gelar (Gelat) elindəki evinin sakinləri olan Azəri seyid-bəgləri nəzərdə tutulmalıdır (bax. Məqalə: “Həqiqətdə Əhli-beyt kimlərdir?, sayt: https://gilarbeg.wordpress.com/2022/08/23/həqiqətdə-əhli-beyt-kimlərdir/).Batini mənada Gelar rəmzi, Tövratdakı Raquil, Raxil (Ur-Xaldey) rəmzləri kimi – “Gel şəhərinin Ra günəş Allahı” fikrini bildirir ki, buradakı Ra günəş Allahı Ra-Amon, yəni Rəhman Allahdır. Başqa sözlə, Gelar – Rəhman Allahın ərşə yüksəldiyi yerdəki Evidir. Mən, kitab və məqalələrimdə göstərmişəm ki, Tövrat kitabı bilavasitə Gelar bəglərinin kitabıdır və bütün Assur, Misir allahları, yəhudi peyğəmbərləri məhz Gelar eli ilə bağlıdırlar (bax. Məqalə: “Тайна Моисея и его Торы”, sayt: https://firudin.blogspot.com/2023/06/blog-post.html?m=1). Tövratda (Levililər, 26:11-12) Allah Gelar elini nəzərdə tutaraq deyir: “Mən Öz Evimi sizin aranızda yaradacağam… sizin aranızda yaşayacağam və siz Mənim xalqım olacaqsınız”. Bu kitaba görə, Allah onları Əhd sandığını daşımaq, Allah qarşısında dayanmaq, Ona qulluq etmək, Onun adından xeyir-dua vermək, danışmaq üçün ayırmışdı.

Onlar Allahın bir “hissəsi” olduğu üçün müqəddəslik də əbədi onlara verilmişdi. Yalnız bu nəsildən olan baş kahin, Vəhy çadırına daxil ola bilərdi (bax. Məqalə: “Əhli beyt – Allah Mülkünün mühafizəçiləridir”, sayt: https://firudin.blogspot.com/2022/12/hli-beyt-allah-mulkunun-muhafizcilridir.html?m=1). Vəhy çadırı dedikdə sufilər Beytullahı, yəni çadır formasında qurban ruhlarından göydə yaradılmış evi nəzərdə tuturlar ki, bu çadır haqqında Kitabi Dədə Qorqudda geniş danışılır.

Rəmzi mənada bu çadır, Gel şəhərində, kosmik insan formasında yaradılmış Atum Allahının (Adəmin) üstünə atılmış əba kimi də təsəvvür olunur. Vəhy çadırı ivrit dilində “Oxel Moed” adlanır ki, sufi-batinilərdə bu rəmz “Gel Mad”, yəni Gel şəhərində yaradılmış Adəm, Atum Allahı, Midiya ölkəsi mənalarındadır. Hədislərdə beyt də, Məhəmməd peyğəmbərin üstünə atılmış əba kimi qeyd edilir ki, onun ev əhli bu əbanın altında olanlar sayılır. Başqa sözlə, Məhəmməd peyğəmbərin əhli-beyti elə Allahın Gel şəhərində (Geliopol) yaratdığı Vəhy çadırında yaşayanlar və Allaha qulluq edən levilər, yəni vəlilərdir.Əhdi-ətiqdə Gel şəhəri izmaililərin Gelad (Qalaad) eli kimi qeyd olunur və Allah onu – “Mənim Geladım” adlandırır. İslamda ismaililərin bu eli – ifrat şiələrin Gelat (Qulat) eli kimi məlumdur. İsmaili pir-bəgləri İlahla vəhdətdən (İlahi nurdan) yarandığı üçün, onların nəsli ana adı ilə, yəni Həcər, Qacar adı ilə qeyd olunur (bax. Məqalə: “Ana” ilə keçən müqəddəslik”, sayt: https://www.blogger.com/u/1/blog/posts/3210233418827378163). Bu Qacar şahlarının Gelad/Gelat yurdu bizlərə Azərbaycan Atabəglər Ailəsinin Xelat eli kimi məlumdur.

Deməli, əsil əhli-beyt, Gel-Gelat (Xelat) və ya Gelar elində yaşayan Qacar şahları nəslidir.

Xristian mənbələrində Allahın Gel elindəki beyti – monastr kimi qeyd olunur və bu monastırın sahibi olan monax Kelar adlanır. Burada Allah Evi və onun təsərrüfatı, Kelar/Gelar rəmzi ilə eyni mənalı Klir, bu evin əhli olan peyğəmbərlər, levilər, din xadimləri isə klirilər adlanırlar. Mən, “İsa peyğəmbər də seyid olub!” adlı məqalədə göstərmişəm ki, xristianlığın banisi İsa peyğəmbəri yəhudilər Yaşua, yəni “Ya-Şiə” adlandırırdılar və xristianlıq da şiəlik kimi məna etibarilə axirətdə gələcək Mehdi inancı ilə bağlıdır (sayt: https://firudin.blogspot.com/2024/02/isa-peygmbr-d-seyid-olub.html?m=1). Başqa sözlə, axirətdə gələcək İsa peyğəmbər də Beytullahdan olacaqdır. Quranda Beytullah rəmzi qeyd olunmur, lakin bu rəmzlə eyni mənalı Abdullah rəmzi keçir və İsa peyğəmbərlə əlaqələndirilir. Məryəm (30) surəsində İsa peyğəmbərə aid “Kale inni abdullah” rəmzi batini mənada – “Gel elində İlahdan yaradılmış Beytullah” fikrini ifadə edir. Cin (19) surəsinin batini mənalarında Abdullah-Beytullah rəmzi – Allahın göydəki İlahi beyti olan Kənan eli, keçədən yaradılmış ev rəmzində qeyd olunur və buranı, Allahın seçilmişləri olan xudaların qamlıq məqamında yaratması nəzərə çatdırılır. Əflatun “Fedon” [53; 110 S, D,E] əsərində, göydə yaradılmış Beytullah çadırının materialını keçə yox, dəri adlandıraraq yazır: “O (göydəki) torpağa yuxarıdan baxsaq, 12 hissəli dəridən tikilmiş və müxtəlif rənglərlə işlənmiş alabəzək topa bənzəyir. Bizim rəssamlarımızın istifadə etdiyi rənglər o rənglərin bənzəridir, lakin orada bütün torpaq daha açıq və təmiz rənglərlədir…”. A.A. Bakıxanova görə türklər əvvəl bu Vəhy çadırını qamış və otdan (Dünya ağacı rəmzində), sonra isə heyvan dərisindən yaratmışlar. Quranın batini mənalarına görə dəridən yaradılmış göy çadırı bir də axirətdə əmələ gələcəkdir (Quran, 55:37). Yəhudi mənbələrdə Gel şəhərində yaradılmış Beytullah – Xeyxal adlanır ki, bu da batini mənada İlahi Gel şəhəri deməkdir. Mən, “Тайна метафизического золотого храма царя Соломона” adlı məqalədə bu Beytullah haqqında geniş məlumat vermişəm (sayt: https://firudin.blogspot.com/2023/09/blog-post_19.html?m=1). Yəhudilər Xeyxalın indiki Qüds şəhərində yaradıldığını iddia edirlər ki, bu tam cəfəngiyatdır. Çünki əsl Qüds qədim Kadus elidir və mənbələrə görə Yerusəlim tikilib qurtardıqdan sonra Gel, yəni Gelarküni adlanmağa başladı. Gelarküni isə – Allahın “Kün!” əmri ilə yaratdığı Gelar koen-kahinlərinin beytidir. Keçən əsrə qədər bu Gelar (Gilar) eli həm də Pardi adlanırdı ki, bu da Assuriya şahlarının şəhəri olan Parda anlamındadır və cənnət mənasında olan “paradiz” sözü bu rəmzdən yaranmışdır.

Son dövrün yəhudi ravvinləri, sufi-batinilərin səfa dilini bilmədikləri üçün, Tövratda və digər mənbələrdə söhbətin belə nədən getdiyini anlamırlar. Anlamaları da mümkün deyil. Çünki bütün müqəddəs yazıları – “Beyt əl-elm vəl-marifət vəl-hikmət” adlanan əhli-beyt arifləri “səfa” məntiqi ilə yazmışlar. Süleyman peyğəmbərin bu “Quş dili”ni anlamağı da Allah yalnız bu bəglər nəslinə vermişdir. Bu dilin xüsusiyyətləri haqqında mən kitab və məqalələrimdə yazmışam (bax. Məqalə: “Расшифровка Торы с помощью “язык птиц”. С кем боролся Иаков?”, sayt: http://gilarbey.blogspot.com/2017/03/blog-post.html).Bütün bunlar o deməkdir ki, əhli-beyt dedikdə, Azərbaycanın qədim Gilarau mahalında Gilar maq-muğallarının Allah üçün tikdiyi Beytullah və bu Allah Evinə qulluq edən pir-bəglər nəzərdə tutulmalıdır.

Peyğəmbərimizin “ağır əmanət” adlandırdığı, bir-birindən ayrılmayan əhli-beyti və kitabı da – Allahın Özünə qulluq üçün seçdiyi Gelar bəgləri və onların kutub səviyyəli natiqidir. Axirətdə peyğəmbərimiz buradakı hovuzun, yəni abi-həyat çeşməsinin başında iman əhli ilə görüşəndə, onların bu əhli-beytlə necə rəftar etdiklərini soruşacaqdır.

Firudin Gilar Bəg

06.03.2024

Categories: Uncategorized | Yorum bırakın