İsa peyğəmbər də seyid olub!

Dünyanın geniş yayılmış dinlərindən biri xristianlıqdır ki, xristianlar İsa peyğəmbəri Allah adlandırıb, ona sitayiş edirlər. Məlumdur ki, İsa peyğəmbər yəhudi olmuşdur. Lakin araşdırmalarından aydın olur ki, qədim mənbələrdə yəhudi dedikdə Xəzər xaqanı və Xəzər Türk bəgləri nəzərdə tutulurdu. Yəhudilərin, yalnız samitlərlə yazılmış Tövrat kitabının dili burada – ilk insanların “səfa əhət”, yəni vahid sufi dili adlanır.Başqa sözlə yəhudilərin, yəni Xəzər Türk bəglərinin dili – sufi dili, sufi məntiqi olmuşdur. Yəhudilər Tövratı “Ktav Aşuri” adlandırırdılar ki, sufi məntiqində bu “Azəri kitabı” deməkdir (məqalə: “Тайна святого языка Азери”, sayt: https://firudin.blogspot.com/2020/08/blog-post_34.html). Xəzər (Hazar) rəmzi də bu məntiqdə Hü-Azər, yəni Azər Allahı anlamındadır. Azər adı altında isə qədim müdriklər Asar, yəni Osiris kimi tanıdığımız qədim Misir Allahını nəzərdə tuturdular. Deməli, Xəzər Türk bəgləri – Azər (Osiris) Allahı ilə bağlıdırlar.Yəhudilər, yəni “Ya-Xuda” ismi şamil edilən Türk bəgləri – İsa peyğəmbərə Yeşua deyirdilər və bu rəmz Azəri Türk bəglərinin dilində “Ya-Şiə” fikrini ifadə edir. Belə çıxır ki, İsa peyğəmbər Azəri Türkü və şiə olmuşdur.Quranda şiə sözü “şiat” kimi yazılıb, İbrahim peyğəmbərin “səlim ürəyinə” aid edilir (Quran 37:83). Başqa sözlə şiat, yəni şiə sözü “səlim ürək” rəmzi ilə bağlıdır və bunun nə məna kəsb etməsini aydınlaşdırmaq üçün biz Tövrata müraciət etməliyik. Çünki Quran kitabı faktiki olaraq Tövrat kitabının davamıdır və yəhudi peyğəmbərləri ilə bağlı daha “dərin” məlumatlar bu kitabda verilmişdir.

Tövratda yeşua, şiat rəmzləri “yesiat” kimi yazılır və batini mənada – “ürəkdən çıxıb göyə qalxan ruh” mənasını verir. Bu kitabda səlim, islam rəmzləri ilə eyni mənalı SLM rəmzi – “Misirdən çıxış” və həm də “göyə aparan pilləkən” mənasında qeyd olunur. Bu o deməkdir ki, isa, şiə, şiat rəmzləri qədim Misirlə bağlıdır və biz qədim Misir yazılarını da araşdırmalıyıq.

Qədim Misir mətnlərində isa/yesiat və şiə/şiat rəmzləri əsasən sia və şu kimi yazılaraq, yaradıcı Allahın ürəyini, ürəyindən çıxan ruhunu və ağlını bildirir. Bu Allah mətnlərdə pir, yəni firon Amon adlanır ki, o bütün bəşəriyyəti və göydəki cənnəti – ürəyindəki ruhu, ağlı və dilindən çıxan sözlər vasitəsilə yaratmışdır (məqalə: “Тайна Моисея и его Торы”, sayt: https://firudin.blogspot.com/2023/06/blog-post.html?m=1). Sufi-batinilərə görə, yer kürəsində bu günə qədər yalnız bir kosmik hadisə baş vermişdir və bu da pirlər nəslinin banisi olan Amonun (Əman) göydə Allah və cənnət yaratması hadisəsidir. Pir-firon Amon sufizmin tərikə yolunu keçərək, bəqa fazasında, yəni bəglik məqamında – İlahdan göydə kosmik ölçülü Atum (Atam) Allahını, onun daxilində isə cənnət yaratmışdır. Yaradılış zamanı firon Amonun Şu (Sia) ruhu “qalxaraq”, göyləri “qaldırıb saxlamış” və onu Qeb torpağından ayırmışdır (məqalə: “Империя моголов, берущее начало с золотого храма Соломона”, sayt: https://firudin.blogspot.com/2023/10/blog-post_15.html?m=1).

Başqa sözlə, İsa, şiə, şiat və s. dedikdə qədim müdriklər – yerlə göyün arasında qurban ruhlarından cənnət yaratmış pir Amonun ruhunu nəzərdə tuturdular. Deməli, İsa/yesiat, şiə/şiat rəmzləri – bəglik məqamında firon Amonun ürəyində, ruhunda və ağlında yaratdığı cənnətlə bağlıdır. İsa peyğəmbər dedikdə də məhz pir Amonun göydə ölümsüzlük qazanmış Sia (Şu) ruhu başa düşülməlidir.

Atəşpərəstlikdə pir Amonun Şu ruhu Aşa kimi yazılır və Vaxişta rəmzinə aid edilir ki, bu da behişt deməkdir. Behişt rəmzi batini mənada “bəg-şiyat” mənasını verir və bu da behiştin – pir Amonun şiə/şiat (sia/yesiat) ruhunun bəqa səviyyəsində yaradılması anlamındadır (məqalə: “Зороастризм бехдинов является религией богов”, sayt: https://firudin.blogspot.com/2021/05/blog-post.html).Digər tərəfdən, qədim Misirdə yesiat, yəni siat (şiət) rəmzi suti kimi yazılaraq amorey-sutilərə aid edilir. Amorey rəmzi bizlərə marlar, yəni qədim Midiya xalqı kimi tanışdır və bu rəmz bu gün də bəglər, xanlar, seyidlər, yəni Azəri müqəddəsləri nəslinin ad-soyadlarının qarşısında “mir” kimi yazılır. Bu isə o deməkdir ki, qədim Misirin amorey-suti xalqı elə Azəri müqəddəsləri olan miri-seyidlərin əcdadlarıdır. Şiələr (şiat) dedikdə də – cənnət əhli mənasında olan Azəri, yəni Asar/Osiris müqəddəsləri nəsli nəzərdə tutulmalıdır. Qədim Misirdə bu cənnət – Allahın beyti, yəni evi adlanır. Başqa sözlə şiələr – əhli beyt, yəni Allahın iki dünyanı əhatə edən evinin sakinləri olan seyid-bəglərdir.

Qədim Misir mətnlərinə görə, dünyaya hökmran kimi gəlmiş Osiris-Azər Allahı axirətdə öz qardaşı tərəfindən öldürülür. Lakin onun oğlu Qor və ya Xor Allahı gəlib atası Osirisi dirildir. Qədim mənbələrdə Xor Allahı Xoris kimi də yazılır ki, bu da sufi məntiqində Xoris-Teos, yəni İsa Xristos (Xris) Allahı anlamındadır. Belə çıxır ki, ölüb dirilən İsa peyğəmbər – qədim Misirin ölüb dirilən Osiris, yəni Azər Allahının obrazıdır. Mən, “Məhəmməd peyğəmbər – Nurdan yaradılmış Azər Allahıdır” adlı məqalədə göstərmişəm ki, Məhəmməd peyğəmbər də mənbələrdə ölüb dirilən Osiris Allahının obrazında göstərilir. Qədim mətnlərdən olan ”Yanıçarın yazıları”nda, peyğəmbərimiz ölüm ayağında öz ardıcıllarını yanına çağırıb demişdir: “Mənə dəfn təşkil edin və Mən dirilənə qədər yanımda olun… Mənim üçün, İsrail xalqı kimi Allahın seçilmişləri olun. Mənim İmam Əlimə qulaq asaraq dəfni Mədinədə edin və mən məhkəmə günü duracağam və sizi şadyanalıq keçirəcəyimiz yerə aparacağam” (sayt: https://gilarbek.blogspot.com/2013/08/mhmmd-peygmbr-nurdan-yaradlms-azr.html?m=1).

Burada Məhəmməd peyğəmbər Azər-Osiris Allahının, imam Əli isə – Osiris Allahının oğlu Qor/Xor, yəni İsa Xristos obrazındadır.Bütün bunlar o deməkdir ki, İsa, yəni Şiə (Yeşua) peyğəmbər – Azəri seyid-bəgləri nəslinin banisi pir (firon) Amonun (Sia/Şu) ruhunun obrazıdır.Kitabi Dədə Qorqudda pir Amon – Bəkdüz Əmən kimi qeyd olunur. Sufi-batini məntiqdə Bəkdüz rəmzi Bəg-Siat (Bəg-Şiə), yəni Bəg-Ruhu (Bəqa səviyyəsindəki Ruh) fikrini ifadə edir.Qədim Misirdə sia kimi qeyd olunan isa rəmzi şifahi xalq ədəbiyyatımızda say/saya kimi qalmışdır və bəylərə aid edilir:

“Salaməleyk say bəylər,

Bir-birindən yey bəylər!

Saya gəldi gördünüz,

Salam verdi aldınız.

Alnı təpəl qoç, quzu,

Sayaçıya verdiniz.

Bu saya kimdən qaldı?

Adəm atadan qaldı.

Adəm ata gələndə,

Qızıl öküz duranda,

Qızıl buğda bitəndə,

Dünya binnət olanda.

Musa çoban olanda…”.

Burada qoç-quzunun sayaçıya verilməsi, say bəylərin – bütün bəşəriyyəti qurban ruhlarından yaratmasına işarədir. Buradakı Adəm rəmzi isə, pir Amonun Gel şəhərində yaratdığı kosmik ölçülü Atum (Atam) Allahının adının digər yazılış formasıdır. Məşhur sufi Mühiddin ibn Ərəbi Adəmi – Haq, yəni Allah adlandırır ki, bu da Atum Allahı ilə eyni mənadadır. Qurana görə, Allah Adəmdən sonra yalnız İsa peyğəmbəri “Ol!” əmri ilə yaratmışdır.

Bu isə onu deməyə əsas verir ki, Adəm burada əvvəldə gələn, İsa-Şiə peyğəmbər isə axırda gələcək Allahın obrazıdır.Tədqiqatlar göstərir ki, xristianların İsa Allahı mənbələrdə imam Əli ilə əvəz edilir. Şiələrin Əli-Allahi təriqətində də Əlini Allah kimi qəbul edirlər. Quranda imam Əlinin adı çəkilmir, əvəzində isə İsa peyğəmbərin adına bir neçə dəfə rast gəlinir. Mühiddin ibn Ərəbi, imam Əlinin əvəzinə İsa peyğəmbəri – “mütləq vilayətin möhürü” adlandırır və bununla da, imamlığın və xristianlığın funksiyalarının üst-üstə düşdüyünü bildirir.

Bütün bunlar o deməkdir ki, İsa, yəni Şiə (Yeşua-YaŞiə) peyğəmbər həqiqətdə bütün insaniyyəti yaratmış pir-firon Amonun ruhudur. İsa peyğəmbərin bizim eranın əvvəlində gəlməsi sufi məntiqinə görə yanlışdır. O təxminən 5514 il bundan qabaq, Ra-Amon, yəni Rəhman Allah obrazında “ərşə hakim olmuşdur”. Onun axirətdə gəlməsi də, pir Amonun bu ruhunun axır zamanda bir pirin bədəninə reinkarnasiya (tənasüb) etməsi anlamındadır. Bizlərə bu pir – Cavidanın (Amon Allahının obrazı) ruhunun keçdiyi Babək kimi məlumdur. Onun mübarizəsi də əslində zahiri İslama qarşı, İslamın batini mənalarının həqiqət olmasının sübutu yolundadır.

İsa peyğəmbər İncildə açıq bildirir ki, – “Sizlərə dediyim sözlər mənim yox, bütün işləri yaradan və mənim daxilimdə olan Atanındır” (İohann, 14:10). Bu o deməkdir ki, İsa (Şiə) peyğəmbər dedikdə göydə ölümsüzlük qazanmış Ra-Amon, yəni Rəhman Allahın ruhu başa düşülməlidir. Bütün yaradılışı o həyata keçirdiyi üçün bütün sirləri də O bilir və axirətdə zühur edib, batini sirləri insanlara çatdırır. Əhdi-ətiqdə açıq yazılır ki, yəhudilərin ağlı “örtülmüşdür” və yalnız İsa peyğəmbər gələndən sonra bu örtüyü, pərdəni qaldırıb, onlara İlahi sirləri anladacaqdır (2Kor.3:14). Quranda da bu mənada İsa peyğəmbər bildirir ki, “Mən sizə müdrikliklə gəlmişəm və sizin ixtilafda olduğunuz bəzi şeyləri izah edəcəyəm” (Quran, 43:63). İsa peyğəmbərin sirr pərdəsini qaldırması və müdrikliklə gəlməsi, onun qədim Misirin Amon Allahının “oğlu” olması anlamındadır. Çünki Amon Allahına həsr olunmuş mətnlərin birində deyilir ki, – “Sənin oğlundan başqa Səni dərk edən yoxdur”. Əhdi-ətiqdə, bəlalara düçar olmuş Əyyub peyğəmbər obrazında göstərilən həzrəti İsa, zülmətin yerini və işıq evinin yolunu bilən insan kimi qeyd olunur. Onun bu yolu bilməsinin səbəbi isə, onun işıq evinin sərhədinə çatması, yəni onun dünya yaradılanda “doğulması” ilə, həqiqətdə onun yaşının həddindən artıq çox olması ilə əlaqələndirilir (Библия, Иов, 38:19-21). Başqa sözlə, İlahi sirləri bilən İsa-Şiə peyğəmbərin obrazı, “dünya” yaradılan zaman yaradılmış peyğəmbərin obrazıdır. Tövratda bu obraz, göydəki dünyanın yaradılışının dördüncü günündə yaradılmış iki nursaçan kimi göstərilir. Burada böyük nursaçan Ra-Amon günəş Allahı, kiçik nursaçan isə axirətdə Onun yerinə keçəcək ay Allahı mənasında İsa peyğəmbərdir. Deməli, İsa-Şiə peyğəmbər axirətdə zühur edəcək Ay Allahının obrazıdır (məqalə: “Истина об Израильском царстве”, sayt: https://www.gilarbeg.com/?sehife=oxu&lang=1&content=1226).

İslamda, dünyanın yaradıldığı vaxt yaradılan müqəddəs – imam Əlidir. İfrat Gelat şiələri olan ismaili-nizarilərin İmam Əliyə həsr olunmuş xüsusi qəsidələrdə bildirilir ki, “Əli əzəldən mövcud olmuşdur. O, özünün qüdrəti ilə ərşi və onun altında olanların hamısını ucaltmışdır. Əli – əbədi var olan və hər yerdə mövcud olan, hər şeyi meydana çıxarandır”. Bu o deməkdir ki, Qalileyadan olan nazaretli İsa peyğəmbər – Gelat eli nizarilərinin Şiə peyğəmbəridir (məqalə: “Qaib imam Mehdi – danışan Qurandır”, sayt: https://gilarbeg.wordpress.com/2021/03/04/qaib-imam-mehdi-danisan-qurandir/).

Başqa sözlə, Qalileya burada Gel-Gelat eli, nazaret isə nizari anlamındadır.Qalileya rəmzi batini mənada Gel-Eli deməkdir və bu el ən qədim Misir mənbələrində pir Amonun kosmik Atum (Adəm) Allahını yaratdığı Gel (Geliopol) şəhəridir. İslamda Gel rəmzi – imam Əlinin qardaşı Aqilə (Akil) çatmış Məhəmməd peyğəmbərin evi mənasında qeyd olunur. Tövratda və İslamda bu Gel eli – Midiya ismaililərinin Gelat eli adlanır ki, digər mənbələrdə Gelat – Xelat, Xaldeya, Kolyada və s. kimi qeyd olunur. Xelat – Azərbaycan Atabəglər Ailəsinin malikanəsidir və gürcü mənbələrində Xelat Atabəgləri – “Klarceti Saatabaqo” adlanır. Batini mənada Klarceti rəmzi Gelar-Xuda, Saatabaqo rəmzi isə Seyid-bəg anlamındadır. Başqa sözlə, İsa (Şiə) peyğəmbər – Gelar xudaları nəslinin seyid-bəglərinə mənsubdur. Mən, “Тайна Моисея и его Торы” adlı məqalədə göstərmişəm ki, bütün Assur-Misir Allahları, qədim şahlar və peyğəmbərlər məhz Gelar eli ilə bağlıdırlar (sayt: https://firudin.blogspot.com/2023/06/blog-post.html?m=1). Alban mənbələrində bu el – Gelarküni Ərənşahları eli, bəglər isə “tacqoyan” “qədim şah toxumu” adlanırlar. Bu isə onu deməyə əsas verir ki mənbələrdə İsa peyğəmbərin “şahlar şahı” adlanması heç də təsadüfi deyildir. Rəhman Allah bu Gel elində, Özünə qulluq üçün ayırdığı müqəddəslər torpağında Beytullah yaratmışdı. İsa peyğəmbər də bu Gel elindən olan və batini sirləri bilən nizari sayılırdı.

Axirətdə gələcək həzrəti İsanın, yəni Şiə imamının yerdəki həyatı haqqında ən geniş məlumatı, eyni adlı İsaya/Yeşaya peyğəmbər (53:2-5) verir. O yazır: “O, Rəbbin önündə bir cavan budaq kimi, quru torpaqda bitən kök kimi böyüdü. Baxanda onun nə görkəmi, nə gözəlliyi var idi, gözümüzü oxşayan zahiri siması da yox idi. Adamlar ona həqarətlə baxıb rədd etdi. O, dərdli, xəstəlikləri görən insan idi, adamlar ondan üz döndərdi, xor baxdı. Biz onu saymadıq. Əslində xəstəliklərimizi o çəkdi, dərdlərimizi öz üzərinə götürdü.Biz isə onun Allah tərəfindən cəzalandırıldığını, vurulub iztirab çəkdiyini zənn etdik. Bizim üsyankarlığımıza görə onun bədəni əzildi, şər əməllərimiz naminə əziyyət çəkdi, bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq və s.”. Bu o deməkdir ki, axirətdə insan bədəninə köçmüş İsa peyğəmbər, yəni Ra-Amon/Rəhman Allahın ruhu əziyyətlər çəkəcək və insanlar tərəfindən qəbul edilməyəcək. O öləndən sonra isə ruhu göyə qalxaraq, ilk yaradılışı təkrarlayacaq və ərşə hakim olacaq.Bütün bunlar o deməkdir ki, İsa adlanan peyğəmbər əslində Azəri seyid-bəgləri nəslinə mənsub Şiə imamıdır.Bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.

Firudin Gilar Bəg

21.02.2024

Categories: Uncategorized | Yorum bırakın

Yazı dolaşımı

Yorum bırakın